Ölkə

Məmur arvadı özünü asdı - AZƏRBAYCANDA

30 Mart 2017 17:35
13 Şərh     Baxış: 7 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunda 44 yaşlı qadın intihar edib.

Milli.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən qafqazinfo-ya verilən məlumata görə, 1973-cü il təvəllüdlü Natəvan Allahverdiyeva Elman qızı Nohurqışlaq qəsəbəsində yerləşən evində özünü asaraq itnihar edib.

Qəbələ Rayon Prokurorluğundan sözügedən sayta bildirilib ki, özünü öldürən qadın Qəbələ rayon icra başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşıdır.  Qeyd olunur ki, meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.

Qəbələ rayon prokuroru Məqsəd Orucov, polis şöbəsinin rəhbərliyi və müstənqitlər hazırda hadisə yerindədirlər. İntiharın səbəbi hələ ki, məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.