Ölkə

Deputat: "Azərbaycan iqtisadiyyatını artıq qeyri-neft sektorunun inkişafı üzərində qurub"

30 Mart 2017 16:42
Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan artıq özünün iqtisadi siyasətini konseptual formada qeyri-neft sektorunun inkişafı üzərində qurub".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

R.Quliyev bildirib ki, Prezident İlham Əliyev pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıda duran vəzifələri müəyyən etdi.

Deputat vurğulayıb ki, qeyri-neft sektorunda əsas diqqət ixracyönümlü məhsulların istehsalına yönəlməlidir ki, bu məhsullar "Made in Azerbaijan" brendi ilə xaricə çıxarılsın və ölkəmizə valyuta gəlsin: "Bu gün Azərbaycan məhsulları dünyanın 60-dan çox ölkəsinə ixrac edilir. Artıq Azərbaycan öz milli brendləri ilə də dünyada tanınır, etibarlı tərəfdaşa çevrilib. Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını qeyri-neft sektoru hesabına qurub inkişaf etdirə bilər. Qeyri-neft sektorunun inkişafı iqtisadi məsələ olmaqla yanaşı, eyni zamanda sosial yönümlü məsələdir. Bu sektorun inkişafı yeni iş yerlərinin açılmasına səbəb olur, insanların məşğulluğu artır, sosial vəziyyətləri yaxşılaşır".

Deputat vurğulayıb ki, vaxtilə üzümçülük, toxumçuluq, pambıqçılıq və digər bu kimi sahələr Azərbaycanda ənənəvi sahələr olub: "Azərbaycan yenidən bu sahələrin inkişafına böyük diqqət ayırır. Aydındır ki, onlar həmişə gəlirli sahələr olub. Üzümçülük, toxumçuluq, pambıqçılıq sahələrinin inkişafı digər sektorların, o cümlədən emal, toxuculuq sənayesninin inkişafına da şərait yaradır".

R.Quliyev qeyd edib ki, qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın inkişafı üçün ölkəmizdə lazımi şərait yaradılıb: "Sahibkarlar da fəal olmalıdır, yaradılmış imkanlardan maksimum yararlanmalı, bu sahələrin inkişafında yaxından iştirak etməlidirlər".

Qeyd edək ki, martın 28-də Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkədə pambıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən işlər, bu sahəyə dövlət dəstəyinin artırılması, eyni zamanda, kənd təsərrüfatı, sənaye, üzümçülük və digər sahələrdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə bağlı konkret təkliflər irəli sürüb.

Dövlət başçısı müşavirədə həmçinin, yeni müəssisələrin yaradılması və bunun davamı olaraq, ölkədə yeni iş yerlərinin açılmasının daha da sürətləndirilməsi ilə də bağlı konkret təkliflər açıqlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.