Ölkə

Canavarlar kənddə heyvan qoymadı - Sakinlər çarəsizdir - VİDEO

30 Mart 2017 17:28
1 Şərh     Baxış: 1 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir rayonunda canavarlar kəndə hücum edib.

Milli.Az apa.tv-yə istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı  kəndində baş verib.

Kənd sakini, 80 yaşlı Ağamusa Ağasəf oğlu Hacıyevin  fərdi təsərrüfatına hücum edən vəhşi heyvanlar 2 baş heyvanı parçalayaraq tələf edib, 8 başa müxtəlif dərəcəli xəsarət yetirib, 7 qoyunu isə aparıb. Hadisə yerinə rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub. Yaralı heyvanlar vaksinasiya edilib, tələf olanlar isə dərmanlanaraq torpağa basdırılıb.

Təsərrüfat sahibi A.Hacıyev belə bir hadisə ilə ikinci dəfədir üzləşdiyini deyir.   Hətta gündüz saatlarında da canavarların kənddə göründüklərini deyən sakinlər analoji hadisələrin tez-tez baş verdiyini və bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.

Qeyd edək ki, Aran bölgəsində kəndlərə vəhşi heyvanlar tez-tez hücum edir. Sakinlər analoji hadisələrin Kürdəmir rayonu ilə sərhəddə yerləşən Ucar və Zərdab rayonlarında da qeydə alındığını deyir.  Kürdəmir rayon Baytarlıq İdarəsini rəisi Mehdi Nəsirov analoji hadisələrin əsas səbəbinin son illər  heyvanların ovuna qadağa qoyulduğu üçün saylarının kifayət qədər artdığını və  yaz aylarında cütləşmə dövrü yaşadıqları  üçün daha da aqressiv olduqlarını deyir.    

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Sakinlər çarəsizdir, canavarlar kənddə heyvan qoymadı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.