Ölkə

Bakıda başı kəsilən qadının ölümünə səbəb olan naməlum zəng - VİDEO - FOTO

30 Mart 2017 16:32
23 Şərh     Baxış: 4 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Biləcəri qəsəbəsində Aysel Cəlilovanın boğazının kəsilməsi ilə nəticələnən qətl mərhumun telefonuna gələn naməlum zəng səbəbindən törədilib.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bunu həmin ərazidə yaşayan sakinlər bildiriblər.

Bakı şəhər sakini İsrail Cəlilov Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı ilə barışmaq üçün onun yaşadığı ata evinə gəlib. Bu zaman keçmiş arvadının telefonuna naməlum zəng gəlib və bu səbəbdən də onlar arasında mübahisə baş verib. Qəzəbli halda olan ər Aysel Cəlilovanı hamam otağına çağırıb və orada bıçaqla boğazını kəsərək öldürüb. Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Əri tərəfindən boğazı kəsilən 22 yaşlı Aysel Cəlilova bu gün dəfn olunub. İstiPress-in hadisə yerində olan əməkdaşı xəbər verir ki, bir az əvvəl onun nəşi yaşadığı Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsi, 3 saylı evdən Biləcəri qəbiristanlığına aparılıb. Ailənin  1 və 3 yaşlarında iki azyaşlı uşağı var. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Əri tərəfindən boğazı kəsilən Ayselin nəşi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.