Ölkə

Sərnişin dolu avtobus mağazaya çırpıldı - FOTO

30 Mart 2017 16:20
0 Şərh     Baxış: 1 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər 11 radələrində Qusar şəhərində İmamqulukənd-Qusar marşrutu ilə işləyən sərnişin avtobusu qəza törədib.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, Qusar şəhər sakini, 51 yaşlı Qalib Məhsimovun idarə etdiyi PAZ markalı  sərnişin avtobusu qəfildən yoldan çıxaraq yolun sağındakı mağazaya çırpılıb. 

Qəza nəticəsində 15 nəfər sərnişin tutumu olan avtobusda sərnişinlərin sayı açıqlanmasa da, burada xeyli sərnişinin olduğu deyilir. Hələlik  Qusar Rayon Mərkəzi Xəstəxanasına bir nəfərin müxtəlif sınıqlarla daxil olduğu deyilir. Qəza zamanı avtobusun qarşısına  digər avtomobil çıxdığından sürücü mağaza tərəfə hərəkət etməyə məcbur olub.

Qəzanın başvermə səbəbi araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.