Ölkə

"Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb" - Elza Seyidcahan

30 Mart 2017 16:37
17 Şərh     Baxış: 4 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Metroda opüşən gənclərin üstünə bu qədər getmək, onları sıxışdırmaq düzgün deyil".

Milli.Az xəbər verir ki, bunu azxeber.com-a açıqlamasında əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan bildirib.

Onun sözlərinə görə, bu qınaq onları sevgidən iyrəndirə bilər:

"Sevginin gözü kor olur, onlar həmin anda ətrafı görməyib. Bəlkə də düşünüblər ki, onlara heç kim baxmır. Qoyun bir-birlərini sevsinlər, təki sevgi olsun. Bu sevgidən onların övladları olsun, oğlan qızı aldatmasın, evlənsinlər. İllər keçəndən sonra isə desinlər ki, biz bu sevgini qoruduq".

Elza Seyidcahan hazırda müasir cəmiyyətdə yaşadığımızı qeyd edib:

"Mentalitet deyilən bir şey var. Jurnalist onlara baxmayıb keçə bilərdi. Amma onların münasibəti gör nə dərəcədə olub ki, jurnalisti qıcıqlandırıb. Sevgi hissləri sözə baxmır və vaxtı da bilinməz. Gərək, bu hissləri ikilikdə yaşayasan, bir kimsə görməsin. Cəmiyyət arasında bu hisslər yaxşı qarşılanmır. İnsanların hissləri ilə oynamaq olmaz. Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb. Bu isə yaxşı deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.