Ölkə

Azərbaycanlı məşhurun 22 yaşlı oğlu üzə çıxdı - FOTO

30 Mart 2017 18:22
27 Şərh     Baxış: 19 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman övladını mediadan uzaq tutan məşhur aktrisa, xalq artisti Həmidə Ömərova kino təqdimatlarının birində yeniçağ.az-ın fotokamerasına tuş gəlib.

Qeyd edək ki, 22 yaşlı Rəhim aktrisanın yeganə övladıdır. O, proqramçı kimi fəaliyyət göstərir.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, H.Ömərova oğlu ilə bağlı bunları deyib:

"Oğlum sənətimi davam etdirmədi. Bu sahəyə marağı olmadığı üçün mən də məcbur etmədim. O, seçdiyi sənətin ardınca getdi. 22 yaşı var. Amma mən yeganə balamı tez evləndirmək arzusundayam. Çünki artıq nənə olmaq istəyirəm. Amma neyləyim ki, hələ evlənmək fikrində deyil".

Rəhim də hələ ki subaylığın daşını atmaq fikrində deyil:

"Mən yer üzündə bir qadına aşiqəm. O da mənim anamdır. Onu dəlicəsinə sevirəm. Amma hələ ki, onun arzusunu reallaşdırmaq fikrində deyiləm. Amma seçəcəyim qız anamın zövqünə uyğun olmalıdır. Bu məsələdə calışağıq ortaq məxrəcə gələk".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.