Ölkə

Cəlilabadda evlər təhlükə qarşısında

30 Mart 2017 15:17
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunda yeni sürüşmə sahələri əmələ gəlib.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun APA-ya verdiyi məlumata görə, rayonun Çinar, Soyuqbulaq və Albalan kəndlərində yeni sürüşmə sahələri yaranıb.
 
Onun sözlərinə görə, Çinar kəndində baş vermiş sürüşmə yamacboyu aktiv fazada hərəkət etdiyindən yamacın aşağı hissəsində yerləşən 4 yaşayış evi təhlükəli vəziyyətlə üzləşib.
 
Ekspedisiya rəisi bildirib ki, Soyuqbulaq kəndində baş vermiş sürüşmə zamanı 1 ev qəzalı vəziyyətə düşüb.
 
"Albalan kəndində, Cəlilabad-Sadatlı avtomobil yolunun 12-ci km-də isə yeni sürüşmə-çökmə hadisəsi baş verib" - o əlavə edib.
 
Ə.Qaralov qeyd edib ki, eyni zamanda Cəlilabadın Muğan və Qarazəncir kəndlərində subasma hadisəsi baş verib, nəticədə evlərin zirzəmiləri su ilə dolub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.