Ölkə

Hava ilə bağlı XƏBƏRDARLIQ edildi

30 Mart 2017 12:53
232 Şərh     Baxış: 6 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Tibbi-meteoroloji xəbərdarlıq

Martın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.