Ölkə

Yevlaxda silahlı insident: ölən var

30 Mart 2017 12:37
2 Şərh     Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax rayonunda qətl hadisəsi törədilib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, martın 29-da Yevlax rayonunun Hacıselli kəndində rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Tağı Qurbanovu qətlə yetirib.

Yevlax RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə A.Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.