Ölkə

Elnur Nağızadənin fotosu "Axtarışda olanlar"ın siyahısında - FOTO

29 Mart 2017 20:00
4 Şərh     Baxış: 4 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddətdir axtarışa verilən TQDK-nın  (DİM) sabiq mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin fotosu Nizami Rayon Polis idarəsinin qarşısında vurulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkədən qaçdığı deyilən Nağızadənin şəkli də RPİ-nin qarşısına vurulan "Axtarışda olanlar"ın arasındadır.

Qeyd edək ki, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

O, təqsirləndirilən şəxs qismində cəlb edilməklə  barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. 

Xatırladaq ki, sabiq sözçü Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərova 150 min dollar "atmaq"da ittiham olunur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.