Ölkə

Ölümünə səbəb olan film... - VİDEO - FOTO

29 Mart 2017 18:51
Baxış: 3 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftə "Kino evi" də Azərbaycanın xalq artisti kino rejissor, aktyor, ssenari müəllifi, bir-birindən fərqli obrazlar yaradan, gözəl ifa tərzi ilə seçilən Şahmar Ələkbərov olacaq.

Milli.Az xəbər verir ki, böyük sənətkarımızın həyat və yaradıcılığını Azərbaycanın əməkdar artisti, prezident mükafatçısı sevimli aktrisamız Mehriban Xanlarova ilə müzakirə ediləcək.

1 Aprel 11:30-da Lider Tv-də.

"Kino evi" in layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, Rejissor və montajor - İBO, operatorlar - Orxan Həsənov və Kamal Məmmədov, Fotoqraf - Elşad Musayev

Veriliş 3 hissədən ibarətdir. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşunas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısa metrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Verilişin mahiyyəti əyləncəvi və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.

Hər şənbə saat 11:30, təkrarı bazar ertəsi 12:30 və 03:30-da Lider TV efirində.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Мехрибан Ханларова рассказала о трагической смерти известного актера

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.