Ölkə

Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildi - RƏSMİ AÇIQLAMA

29 Mart 2017 15:06
5 Şərh     Baxış: 3 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Dövlət Universiteti tərəfindən martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada dünyasını dəyişən tələbələrin ailələrinə yardım edilib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə qəzadə həlak olan tələbə Nəsibov İbrahimin valideynləri bildiriblər. Onların sözlərinə görə, övladının dəfnində iştirak edən universitet kollektivi və rektoru onlara 500 manat məbləğində pul vəsaiti verib. Məlumatı universitetin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili təsdiqləsə də məbləği açıqlamayıb. O bildirib ki, vəsait nəğd şəkildə dəfn günündə dünyasını dəyişən tələbələrin valideynlərinə verilib.
 
Bundan başqa Nəsibov İbrahimin valideynləri Şuşa Rayon İcra Hakimiyyətindən gileyləniblər. Onlar icra başçısı Bayram Səfərovun başsağlığı belə vermədiyini söyləyiblər.
 
Xatırladaq ki, martın 9-da baş verən qəzada "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 6 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.