Ölkə

Həkimin dörd yeni ixtirası

29 Mart 2017 14:34
0 Şərh     Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi akademik Mirqasımov adına Republika Kliniki Xəstəxananın otolarinqoloqu, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyevin təklifi əsasında hazırlanan dörd yeni ixtiraya - xüsusi konstruksiyalı adenotom, forseps (konxotom), bipolyar koaqulyasıyator ucluğu-pinset və sorucu ucluq alətlərinə müəlliflik hüququ verib.

Milli.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a məlumat verən ixtira müəllifi qeyd edib ki, həmin alətlərin tətbiqi burun-udlaq qanaxmaların qarşısının alınması, qan laxtalarının təmizlənməsi və görmə sahəsinin daha da yaxşılaşmasına, əməliyyatdan sonrakı fəsadların baş verməməsinə səbəb olacaq.

Yaxın vaxtlarda həmin alətlərin kütləvi şəkildə istehsalına başlanılacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.