Ölkə

"Bunu etsək, insanlar işləməyi yadırğayarlar" - Səlim Müslümov

29 Mart 2017 13:38
Baxış: 2 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd təsərrüfatı sahəsində əhalinin işlək təbəqəsinin 36,7 faizi formalaşıb. Onları əməyə cəlb etmək lazımdır.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, lazım olsa, onlar üçün verilən ünvanlı sosial yardımın məbləğini artırmaq olar: "Vətənaşlara kifayət qədər vəsait vermək mümkündür. Bunun üçün imkanlar var. Lakin bu deqradasiyaya gətirib çıxara bilər. Bununla insanlar işləməyi yadırğayarlar".

O qeyd edib ki, bu gün Avropa ölkələrində kənd təsərrüfatına çox böyük dotasiyalar verilir və Azərbaycanda da bu sahənin inkişafı üçün tədbirlər görülür: "Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən böyük üzüm sahələri salındı. Ancaq 80-ci illərdə Qorbaçov tərəfindən alkoqolizmə qarşı mübarizə adı altında bütün üzüm sahələri məhv edildi. Bu gün 100 ha üzüm sahəsi salmaq üçün 1 milyon dollardan çox vəsait lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.