Ölkə

Müəllim arvadını qətlə yetirən ər tutuldu - VİDEO - FOTO

29 Mart 2017 11:22
1 Şərh     Baxış: 1 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda məktəb müəlliməsini qətlə yetirən əri saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gecə 49 yaşlı Əliyev Rüfət Akif oğlu şəhər ərazisində tutulub.
 
İlkin dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edib.
 
Qeyd edək ki, ötən gün rayonun Səpnəkəran kəndinin sakini, orta məktəbdə müəllimə işləyən, 48 yaşlı Əliyeva Maygül Daməd qızı əri, 49 yaşlı Əliyev Rüfət Akif oğlu tərəfindən qətlə yetirilib.
 
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Müəllim arvadını qətlə yetirən ər tutuldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.