Ölkə

Azərbaycan "Müqəddəs inək"lə təmsil olundu - FOTO

28 Mart 2017 17:40
0 Şərh     Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan İsveçrədə keçirilən kino festivalında təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, İsveçrənin Bazel şəhərində keçirilən film festivalında Azərbaycan da təmsil olunub. İsveçrədə yaşayan həmvətənimiz, "Azərbaycanın dostları" Birliyinin sədri Arzu Əliyevanın dəstəyi ilə gənc rejissor İmam Həsənovun "Müqəddəs inək" filmi festivalın münsiflər heyətinə təqdim olunub. Film ilkin baxışdan keçdikdən sonra müəllif Bazel kinofestivalına dəvət alıb.

Tamaşaçıların marağına səbəb olan "Müqəddəs inək" rəğbətlə qarşılanıb. Rejissorun özünəməxsus tərzi həm munsiflər heyəti, həm də tamaşaçılar tərəfindən yüksək dəyərləndirilib. Nümayişdən sonra rejissorla film haqqında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, artıq 12 ildir keçirilən festival ayrı-ayri xalqların nümayəndələrinin dostluq və mədəniyyət mübadiləsinə şərait yaradır, düşüncə tərzi, həyata baxışı müxtəlif olan insanları bir araya gətirir. Bazel kinofestivalını İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri təşkil edir. Festivalda hər bir xalq öz mədəniyyətini təmsil edir. Nümayiş etdirilən filmlərin hər biri almanca subtitrlərlə öz ana dilində tamaşaçılara təqdim olunur.

Xatırladaq ki, festivalın təşkilatçılarından olan soydaşımız Arzu Əliyeva hər il Azərbaycan filmlərindən ibarət siyahını festivalın münsiflər heyətinə təqdim edir, onlardan ən maraqlısı seçilir və beləliklə, ölkəmiz də beynəlxalq kino bayramının iştirakçısına çevrilir.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.