Ölkə

Bakıda prorektorun otağından seyf oğurlayanlara HÖKM OXUNDU

28 Mart 2017 17:12
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışov və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyərək, əməllərindən peşman olduqlarını deyiblər.
 
Təqsirləndirilən Vüqar Vəliyev isə günahsız olduğunu qeyd edib.
 
Sonra hökm oxunub.
 
Hökmə əsasən, Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər birinə 9 il, Vüqar Vəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
 
Ev dustaqlığında olan Mirsənan Seyidova 1500 manat, Fərahim Baxışova isə 2500 manat cərimə cəzası kəsilib.
 
Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən ilin yanvarında Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat dəyərində pul olan seyfi oğurlamaqda ittiham olunurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.