Ölkə

MTN generalı və digərlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşdı

28 Mart 2017 16:39
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, həmin şəxslərin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Yaxın günlərdə cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.
 
Qeyd edək ki, MTN ətrafında baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Daha sonra o, həbs edilib.
 
MTN işi üzrə təqsirləndirilən şəxslərin cinayət işi bir neçə yerə ayrılıb. Onlardan idarə rəisi Akif Çovdarov, general Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesi hazırda Bakı Hərbi Məhkəməsində davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.