Ölkə

Bilal Əliyev yayılan videosundan danışdı - VİDEO

28 Mart 2017 17:28
10 Şərh     Baxış: 3 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qoy təqnid etsinlər, özləri bilərlər. Tənqid də insan üçün yaranıb. Mən kimlərin paxıl olduğunu bilirəm". 

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında xalq artisti Bilal Əliyev deyib. 

Müğənni sosial şəbəkələrdə yayılan görüntülərinə münasibət bildirib. 

B. Əliyev deyib ki, o, 7 dəfə İngiltərədə dil kursuna gedib:

"Girib səhifələrə baxacam. Görüm insanlar mənim haqqımda nə yazıb? Pis insanları tanıyaram, onlarla qəşəng mübarizə apararam. Çox əla mübarizə aparıram. Onların hünərlərini görəcəm. Ağıllı insan mənim haqqımda pis yazsa, mübarizə etməyə məcbur olacaq. Qarşımda məğlub olacaq.  

Amma nəzərinizə çatdırım ki, 7 dəfə İngiltərəyə getmişəm. Orada kurs keçmişəm. İngilis dilini yaxşı bilirəm. Boş yerə bu qədər pul xərcləyib dil öyrənməmişik ki? Mənim ingilis dilində 4 mahnım var, ifa da etmişəm".

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bilal Əliyev yayılan videosundan danışdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.