Ölkə

İlk rolu "Telli" obrazı olan dahi kişi sənətkar

28 Mart 2017 20:07
1 Şərh     Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sidqi Ruhullanın Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. O həmçinin Təbrizdə milli teatrın yaradıcısıdır.

Milli.Az sputnik-ə istinadən xəbər verir ki, 1886-cı il martın 28-də Azərbaycan teatrının görkəmli simalarından biri, SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov, 1886 - 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Sidqi Ruhulla 1906-cı ildə birinci dəfə Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxır. O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər. Sidqi Ruhullanın Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. O həmçinin Təbrizdə milli teatrın yaradıcısıdır. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarını tamaşaya qoyub. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. "Kəndlilər", "Fətəli xan" və s. filmlərdə çəkilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.