Ölkə

Qanunsuz silah-sursat müsadirə olundu - VİDEO - FOTO

28 Mart 2017 13:57
0 Şərh     Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən rayonunun Talalar kəndində yaşayan Cahangir Balayevin evinə baxış zamanı müvafiq sənədləri olmayan tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında Balakən RPŞ əməkdaşları tərəfindən Talalar kəndində yaşayan Cahangir Balayevin evinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb.

Bildirilir ki, Yardımlı rayon sakini Cəlal Vəliyevdən də 1 ədəd tapança, 1 ədəd "AK" markalı silah və 13 ədəd avtomat patronu götürülüb. Paytaxtın Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayon sakini Cəlal Vəliyevdən 1 ədəd nömrəsi silinmiş "Liama" markalı tapança, 1 ədəd nömrəsi silinmiş "AK" markalı silah və 13 ədəd avtomat patronu götürülüb.

Polis əməkdaşları həmçinin, İmişli rayonunun Məmmədli kənd sakini Akif Kərimzadənin evinə baxış zamanı müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb. İmişli RPŞ-nin əməkdaşları tərəfindən Məmmədli kənd sakini Akif Kərimzadənin evinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qanunsuz silah-sursat müsadirə olundu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.