Ölkə

Çörək dolu maşın qəza törətdi: 1 nəfər öldü - YENİLƏNİB - VİDEO - FOTO

28 Mart 2017 14:27
1 Şərh     Baxış: 2 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:27

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar  rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Milli.Az-ın istipress-ə istinadən məlumatına görə, Sumqayıt şəhər sakini, 41 yaşlı Fərrux Ramazanovun idarə etdiyi "Hunday" markalı çörəklə dolu yük maşını eyni istiqamətdə hərəkətdə olan Gədəbəy rayon sakini, 30 yaşlı Yaşar Hüseynovun idarə etdiyi "Shaqman" markalı maşına arxa hissədən çırpılıb.

Nəticədə "Hunday"ın sürücüsü Yaşar Hüseynov hadisə yerində ölüb. Maşında sıxılmış vəziyyətdə qalan meyit Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.  

----------

09:21

Ucar rayonu, Mürsülü kəndində "HYUNDAİ" və "HOWO" markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "HYUNDAİ" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Ramazanov Fərrux İsmayıl oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 06:00-da başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

"Arxadakı maşını vurasıydı, məni vurdu"- Dəhşətli qəza can aldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.