Ölkə

Maşallah Əhmədovun müdafiəsinə qoşulan yeni vəkil KİMDİR?

27 Mart 2017 18:42
0 Şərh     Baxış: 1 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun müdafiəsinə daha bir vəkil qoşulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əli Hüseynov artıq M.Əhmədovun müdafiəsi ilə bağlı müqavilə imzalayıb. Bundan sonra M.Əhmədovun hüquqlarını vəkil Samir Abdullayevlə Əli Hüseynov müdafiə edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib.

M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, "Neftçi"nin bizneslə məşğul olan keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.