Ölkə

Bakıda bayram axşamı bacı və qardaşın DƏHŞƏTLİ SONU

27 Mart 2017 16:50
0 Şərh     Baxış: 4 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 20-də axşam saatlarında Bakıda baş vermiş bacı və qardaşın intiharı ilə bağlı araşdırmalar aparılır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Şıx" çimərliyi ərazisində Yasamal rayon sakinləri, 1957-ci ildə anadan olmuş Əliyev Rauf Təyyar oğlu və onun bacısı, 1963-cü ildə anadan olmuş Səlimova Gülnaz Təyyar qızının özlərini dənizə ataraq intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Bildirilir ki, hadisədən əvvəl Rauf Əliyev oğluna zəng edərək "Şıx" istiqamətinə getdiklərini deyib. Ailə üzvləri gələnədək R.Əliyev və Gülnaz Səlimova özlərini dənizə ataraq intihar ediblər. Martın 21-də gecə saat 01 radələrində hər iki şəxsin meyiti sudan çıxarılıb.
 
Ailəni tanıyan şəxslərin sözlərinə görə, intihar edən bacı-qardaşın maddi problemi olmayıb və onlar ziyalı ailənin üzvləridir. Hadisəyə ailədaxili münasibətlərin kəskinləşməsi səbəb olub.
 
Qeyd edək ki, ilkin məlumatda R.Əliyevin əsəb xəstəsi olduğu qeyd edilib.
 
Araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.