Ölkə

"Xəstəxanaya gedəcəkdik, pulumuz qalmadı" - Ev külə döndü - VİDEO - FOTO

27 Mart 2017 16:30
1 Şərh     Baxış: 1 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlaxda yanğın hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Heydər Əliyev küçəsi, 63 ünvanında, Rima Əsədovaya məxsus ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 4 otaqlı ev yanıb.

Fərdi yaşayış evini cənginə alov içəridəki əşyaları və sənədləri sıradan çıxarıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yevlax Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb edilib. Alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan yoxdur. İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanma səbəbindən baş verib. Ailəyə dəyən ziyanın miqdarı müəyyənləşdirilir. Dəqiq səbəblər araşdırılır.

Bahar Əsədova - ev sakini: "Bu ev 3 insanın evidir, yığışıb bir evdə oluruq. Yəni bu 3 evdən 1 dənə nişanə qalmayıb, xəstəmiz vardı, sabah xəstəxanaya aparacaqdıq, o puldan heç nə qalmayıb".

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.