Ölkə

Azərbaycanda məşhurların iştirakı ilə yeni film - FOTO - VİDEO

24 Mart 2017 17:33
Baxış: 3 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "Sara" adlı yeni bir filmin çəkilişləri başa çatmaq üzrədir.

Milli.Az xəbər verir ki, ekran işinin rejissoru Elvin Əhmədov Trend-ə açıqlamasında filmdən söhbət açıb:

"Film detektiv janrda çəkilir. Bir çox döyüş səhnələri və kaskadyor oyunları ilə bol olacaq. Filmdə rolları xalq artisti Rasim Balayev, əməkdar artistlər Fuad Osmanov, Qurban İsmayılov, aktrisalar Duyğu Dəvəli, Aysel Nazim, aktyorlar Cəmil Cəfərov, Xose Bernardo, Rövşən Ağayev oynayırlar. Ekran işində mən özüm də mənfi rolda çəkilmişəm. Çalışacağıq ki, biz bu ekran işinə tamaşaçılar qarşısında müsbət rəy yaradaq. Onu da deyim ki, "Sara" ilin ən gözlənilən filmlərindən biridir. Çünki bu filmi böyük kütlə gözləyir. Keçən ilin sentyabr ayından başlayan çəkiliş fasilələrlə fevral ayına qədər davam etdi. Bu kimi hallar film çəkilişi zamanı çox baş verir. Ümumiyyətlə, bu filmdə bir neçə intellektual insanın təxəyyülü ortaya qoyulub. Filmdə heç bir real hadisə yoxdur, amma orada olan uydurmalardan maraqlı hadisələr əmələ gəlib".

Qeyd edək ki, aprelin 6-da təqdimatı olacaq filmin quruluşçu rejissoru Elvin Əhmədov, baş prodüsseri Cəmil Cəfərov, ssenari müəllifi Fərəc Süleymanov, quruluşcu operatoru isə Ruslan Ağazadədir.

"Film Media Master" prodakşnın və "Azərbaycanfilm" kinostudiyasının texniki dəstəyi, "CM" prodakşnın təqdimatı ilə çəkilib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda məşhurların iştirakı ilə yeni film

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.