Ölkə

Azərbaycan elmində yenilik: virtual laboratoriya yaradılır

24 Mart 2017 11:59
1 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu elmi tədqiqatların aparılması üçün virtual laboratoriyanın yaradılması üzrə təcrübi iş aparır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, institutun virtual laboratoriyanın istismara verilməsi üzrə planı aprelin əvvəlində açıqlanacaq. Laboratoriya beynəlxalq sertifikat alındıqdan sonra istifadəyə veriləcək.

Virtual laboratoriyanın istismara verilməsi üçün Geologiya və Geofizika, eləcə də Neft və Qaz və Radiasiya Problemləri institutlarına əsaslanan zəruri avadanlıqlar installyasiya olunub.

Laboratiyanın imkanlarından AMEA-nın institut və struktur bölmələrinin elmi əməkdaşları, həmçinin ölkənin elmi tədqiqat və təcrübələr aparan ali təhsil müəssisələri yararlana biləcəklər.

Virtual laboratoriya hesablama gücləri və mərkəzləşdirilmiş idarəetmədən səmərəli istifadə məqsədilə yaradılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.