Ölkə

Xaçmazda FACİƏ: sərxoş şəxs qatarın altında qaldı - YENİLƏNİB

22 Mart 2017 13:00
1 Şərh     Baxış: 2 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:00

Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova qeyd edib.

O bildirib ki, həkim müayinəsindən keçən qatar maşinisti və köməkçisi sərxoş olmayıb: "Maşinist və köməkçidə sərxoşluq halı aşkarlanmayıb. Ekspertiza həyatını itirən Bəxtiyar Alışovun faciə anında sərxoş olduğunu üzə çıxarıb".

------------

09:08

Xaçmaz sakini qatarın altında qalaraq faciəvi şəkildə ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, gecə saat 00.10 radələrində Bakı-Yalama marşrutu üzrə hərəkət edən sərnişin qatarı Azərbaycan Dövlət Dəmir Yolunun 155-ci km-də - Xaçmaz dəmiryol stansiyası yaxınlığında yolu keçmək istəyən 47 yaşlı Xaçmaz şəhər sakini Bəxtiyar Alışovu vurub.
Zərərçəkən aldığı ağır xəsarətdən hadisə yerində keçinib. Mərhumun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

Hazırda Xaçmaz Prokurorluğu və Dəmiryol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Yol hərəkəti təhlükəsizliyinə əməl etməyən, mərkəzi dəmiryol stansiyasının ərazisində işıqlandırmaya baxmayaraq, piyadanı görməyib qəza törədən qatarın maşinisti və köməkçisi sərxoş və ya ayıq olduqları müəyyən olunması üçün həkim müayinəsinə göndəriliblər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.