Ölkə

Artıq bulvarda pulsuz Wi-Fi var - ŞAD XƏBƏR

18 Mart 2017 14:12
2 Şərh     Baxış: 1 172

Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai internet" şəbəkəsi istifadəyə verilib. Artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərində pulsuz internetdən istifadə edə bilərlər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində bildirilib ki, Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin "Huawei" şirkəti tərəfindən zəruri avadanlıqlar (Access Point) quraşdırılıb. Həmin ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın "Ağ Şəhər" ərazisi də "İctimai internet" şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.

Diqqətə çatdırılıb ki, ilin sonunadək bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin parkında bu istiqamətdə işlər həyata keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Efqan · 18 Mart 16:2600

    3 , 5 gün olajaq ,sonra deyecekler bayrama göreiydi ,indi gedin özüvüze mq alin )

    Cavab yaz
  • Anonim
    · 18 Mart 16:4800

    daha avtobusda, metroda deyil bulvarda tixac olacag

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.