Ölkə

"Röya təkcə Hüseyni doğmayıb" - Elza Seyidcahan

18 Mart 2017 13:00
15 Şərh     Baxış: 12 252

Əməkdar artist Elza Seyidcahan belə getsə deyəsən, növbəti açıqlaması ilə yenidən gündəmi bir-birinə vuracaq. Bəstəkar-müğənni bu dəfə həmkarı Röya Ayxanla bağlı bəzi fikirlər söyləyib.

Milli.Az xəbər verir ki, yeniçağ.az-a açıqlama verən bəstəkar, Röyanın onun sosial şəbəkələrdə müzakirəyə səbəb olan yeni şeirini paylaşdığını deyib:

"Görünür o, mənim şeirimdə olan fəlsəfəni anlayıb, buna görə də paylaşıb. Xoşuna gəlməsəydi, paylaşmazdı ki... O da sənəti dərindən anlayır. Röya da hər gün musiqilərlə sevişib, konsertlər doğur. O, təkcə Hüseyni doğmayıb, o qədər mahnılar, konsertlər doğub ki... Hələ yenə doğacaq, doğmasa, tükənəcək".

"Mən o qızı çox istəyirəm. İllər öncə mən öz tədbirimə onu dəvət etmişdim, jurnalistlər ona qarşı çıxdılar. Röyaya görə jurnalistləri yerində oturtdum. Hətta buna görə "SOY" prodakşn mənə iki il qadağa qoydu, verilişlərinə çağırmadı. Mən bunu sonradan bildim. Bir gün "SOY"un rəhbəri Oqtay Əliyev mənə dedi ki, bilirsən, səni bizim verilişlərə niyə çağırmırıq? Dedim ki, yox. Dedi, ona görə ki, sən Röyaya görə jurnalistlərlə münaqişə yaşamısan. Mən həmişə sənət adamlarını müdafiə etmişəm, onları qorumuşam. Röya üçünsə çox şey edərəm. Çünki o, mərd qızdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Türkan · 18 Mart 13:11218

    Elzada her şey var ama esas mesele olan ağıl yoxdu.

    Cavab yaz
  • Anonim
    S.C · 18 Mart 13:14510

    Elza mi t.e nasha semya teba ocen lyubim.cestno.celuyu

    Cavab yaz
  • Anonim
    ika.e · 18 Mart 13:2496

    Bu Elza göresen neyle qıdalanır bele??)

    Cavab yaz
    • Anonim
      wirin · 18 Mart 13:5842

      Yawlawdiqca agzinin daniwigini bilmir .

      Cavab yaz
  • Anonim
    huseyin · 18 Mart 13:4723

    kef elinizdedir helelik istediyinizi edirsiniz ALLAHDAN GORXU YOX bendedenmi cekineceksiniz

    Cavab yaz
  • Anonim
    Günka · 18 Mart 13:4923

    Gic gic werleri ile

    Cavab yaz
  • Anonim
    Dəniz · 18 Mart 14:25122

    Röyanı qorumaq lazım deyil röya özü hamının ccavabını verə bilər

    Cavab yaz
    • Anonim
      heh · 18 Mart 15:5810

      royadan yamanca gorxursan

      Cavab yaz
  • Anonim
    Adi insan · 18 Mart 14:5941

    bu ne daniwir? Roya adam axtarir qorumaga, mudafie elemeye.elza sen narahat olma Roya ozunu mudafie etmeyi cox gozel bacarir.dili var dilceyi de var.hem heridi hem peri.elza, rehmetlik Ilhamenin yerini tutmaga caliwir.vessalam

    Cavab yaz
  • Anonim
    ... · 18 Mart 15:0740

    "Milli.az"in şerhcileri hardasiz niye yazmirsiz ufffffffffff yazinda

    Cavab yaz
  • Anonim
    cavab · 18 Mart 16:2701

    Röyadan bunu gözlemezdim gic gic şeri paylaşib oki qaldi röyani qorumaqa ehtiyac yoxdu sen özünden daniş aparicilara rüşvet verirsen seni efirde teriflesinler

    Cavab yaz
  • Anonim
    Efqan · 18 Mart 16:3531

    Elza meqsedi eslinde bu sözleriyle Röyayla Soy reberi Oktayin arasini vurmaqdi .Duqqetle oxusaniz başa hiss edilir

    Cavab yaz
  • Anonim
    ... ye · 18 Mart 18:1600

    Başlar qarışıb şekerbura-qoğal bişirmeye

    Cavab yaz
    • Anonim
      ... · 18 Mart 19:2500

      Senlik deyil maliş

      Cavab yaz
  • Anonim
    Ema · 18 Mart 18:2310

    Elza gel menim salonuma senin sifetive uyqun seni makyaj edim senin yaslva gore seni geyindirim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.