Ölkə

Aynur Camalqızı: "Mövludun intiharında bu ayrılığın rolu güclüdür"

17 Mart 2017 20:36
12 Şərh     Baxış: 8 760

Martın 16-dan bəri media və ədəbiyyat cameəsi gənc yazar Mövlud Mövludun (Abdullayev) intiharı ilə şokdadır.

28 yaşlı gəncin ürək dağlayan hekayəsi və intiharının arxasındakı suallar isə hələ də müzakirə mövzusudur. Xatırladaq ki, o, özünü Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsindən yerə atıb və hadisə yerində ölüb.

Dediyimiz kimi, ortada xeyli cavabsız suallar var. Belə bir ərəfədə isə hər nə qədər jurnalistika qaydaları yaxınları, ailə üzvlərini danışdırmağı tələb etsə də, bu, çox nadir hallarda baş tutur. Çünki yaxınları bu ağrılı intiharın şokunu hələ də üzərlərindən ata bilməyib. Amma Mövludun "ikinci evi" sayılan iş yerindən bəzi suallara cavab tapa bildik.

Milli.Az xəbər verir ki, ölümündən öncə çalışdığı "Gündəlik Teleqraf" MMC-in sahibi Aynur Camalqızı musavat.com-a müsahibəsində bəzi məsələlərə aydınlıq gətirdi, sevimli işçisi Mövludun ölümündən keçirdiyi ağrını paylaşdı.

- Aynur xanım, cəmiyyət, xüsusən də media sektoru Mövludun intiharının şokundadır hələ də. Hər kəsin bu gəncə ürəyi ağrımaqla yanaşı, səbəb də axtarır bu faciəyə. Nə idi bu intiharın arxasındakı səbəb? Məlumat və təxminləriniz nə deyir?

- Təbii ki, hamı kimi mən də şokdayam. Mövlud çox simpatik, istedadlı gənc idi. Həyatsevər, parlaq, işıqlıydı. Onun bir gün intihar edəcəyini təsəvvür belə etməzdim. Son bir neçə aya qədər onda depressiv bir durum hiss etməmişdim. Teleqraf.com-da redaktor idi, həvəslə işləyirdi, ədəbiyyatla bağlı maraqlı ideyaları vardı. Son aylarda həyat yoldaşıyla (jurnalist Sevinc Fədai-red.) aralarında müəyyən problemlərin olduğu deyilirdi. Sonra Sevinc Fədai bizdən işdən getdi, başqa sayta keçdi. İşdən gedərkən, deyəsən, evdən də gedib, atasıgilə köçüb. Ailəiçi məsələ olduğu üçün danışmaq istəmirəm bu barədə. Amma düşünürəm ki, Mövludun intiharında bu ayrılığın rolu güclüdür. Həyat yoldaşının boşanacağını düşünərək depressiyaya düşdü. Tez-tez intihar edəcəyini deyirmiş. Əlbəttə, adam inanmaq istəmir. Ona görə də heç kəs inanmazdı ki, dediyini edər. Biz sonadək ona dəstək olmağa çalışdıq. Bütün kollektiv şahiddir ki, çox şey etdik. Amma görünür, hər şey edə bilmədik. Təxminən 15 gün öncə xəstəxanaya göndərdik. Bir həftə xəstəxanada qaldı, müalicə aldı. Keçəcəyini güman edirdik. Görünür, keçməyibmiş. İnanın ki, özümü çox günahkar sayıram. Sarsıntı içindəyəm. Mövlud kimi bir gəncin yetişməsi üçün 28 il vaxt lazımdır. Ədəbiyyat adına böyük itki sayıram, istedadına heyfislənirəm. Onu qorumaq lazım idi.

"Axırıncı gün çağırdım otağa, danışdıq. Fikri dağınıq idi, sanki məni heç dinləmirdi"
- Eyni iş yeri, kollektiv ikinci ailə deməkdir. Ən azı ailəsi qədər tanıyırdız Mövludu demək ki...

- Əlbəttə ki. İş yeri bizim ikinci evimizdi. Günün çox hissəsini bir yerdə keçirdiyin insanlarla təbii ki, çox doğmalaşırsan. Mövludu redaksiyada hamı çox istəyirdi. Mehriban idi, sevimli idi. İndi düşünürəm ki, sevgiyə, ilgiyə çox ehtiyacı olan bir adam imiş. Həssas idi, tez qırılan idi. Qohum-əqrəbası ilə əlaqə saxlamırdı bildiyim qədər. Ona görə də Sevinc onu tərk edən kimi təkləndi. İndi yoldayıq. Kollektivimizlə birgə onun dəfn mərasiminə gedirik. Çox istərdim onun valideynlərindən soruşum ki, Mövludu niyə tək qoymuşduz? Onun sığınmaq, söykənmək üçün bir çiyinə nə qədər ehtiyacı var imiş...

- Onunla son görüşünüzü necə xatırlayırsız?

- Sonuncu gün işdə mənə dedilər ki, Mövlud çox əsəbidir. Səhər iclasda bir neçə dəfə baş redaktorla mübahisə edib. Köməkçim Humay dedi ki, onunla danışmağa ehtiyac var. Çağırdım. Rəngi bəmbəyaz, fikri dağınıq idi. Üzünə baxanda ürəyim sıxıldı. Aydın Dadaşovun ölümündən danışmağa başladı. Dedi, tələbələrindən açıqlamalar alırıq. İradə Musayevadan, Elçin Əlibəylidən açıqlama aldıqlarını, digərlərini axtardıqlarını dedi. Yəqin elə bilirdi ki, işlə, gündəmlə bağlı çağırmışam. Bir neçə dəfə "narahat olmayın, hazırlayıb sayta qoyacağıq" dedi. "Niyə beləsən, sənə nə olub", deyə soruşdum. "Bəlkə səni Sevinclə barışdıraq", dedim hətta. Dedi, "yox, qətiyyən ona zəng etməyin". Dedim, "Mövlud, güclü ol, sən güclü olmalısan, bunlar hamısı keçəcək. Məndən asılı nə varsa, eləyim. Sənin arxandayıq, möhkəm ol". Soyuqqanlılıqla "yaxşı" dedi və getdi. Mənə elə gəldi ki, o, heç məni dinləmir, sanki fikri başqa yerdədir. Çox narahat oldum. Əlimi telefona uzatdım ki, xalasına - Xumar Qədimovaya zəng edim, vəziyyətə izah edim, kömək istəyim. Sanki qolumdan tutub saxladılar. Hələ tezdir, bəlkə yatır, günün ikinci yarısı zəng edərəm deyə düşündüm. Sonra başım qarışdı, zəng etməyi də unutdum. İndi fikirləşirəm ki, bəlkə zəng etsəydim, vəziyyəti danışsaydım, qohum-əqrəbası başına yığılar, onu bu fikirdən daşındırardı. Özümü çox qınayıram.

"İndi fikirləşirəm ki, bəlkə zəng etsəydim, vəziyyəti danışsaydım, qohum-əqrəbası başına yığılar, onu bu fikirdən daşındırardı. Özümü çox qınayıram"

- Öldüyü zaman cibindən çıxan cüzi qəpiklər... Mövludla bağlı ağılda qalan mənzərə həm də budur. Onun həm də kasıblıqdan, maddi problemlərin çoxluğundan intihar etdiyi yayılan söhbətlər sırasındadır... Bu məqamda istər-istəməz onun baş redaktoru olaraq sizin söz haqqınız yaranır - işçiniz Mövlud kasıblıqdan əziyyət çəkirdi?

- Mən bunu deyənlərə Facebook-da da etiraz etmişəm. İndi də təkrar edirəm: maddi imkansızlığa görə olsa, məntiqlə gərək bütün yaxşı insanlar canına qəsd etsin. Bu, sırf psixoloji məsələdir. İndi maddi sıxıntı hər yerdə və hər kəsdə var. Bu, heç vaxt səbəb ola bilməz və Mövludun səbəbi də dəqiq bilirəm ki, bu deyildi. Onun qardaşı Bakının rayonlarından birində, prokurorluqda müstəntiq işləyir. Xalası tanınmış müğənni Xumar Qədimovadır. Maddiyyata həvəsli olsaydı, onların yanında olardı. Mövludu tanıyanlar bilir ki, o pul-para dalınca heç vaxt qaçmayıb. Bizdə də redaktor kimi normal maaş alırdı. Mən də həmişə maddi problemi olanda dəstək vermişəm. Dünən facebookda rast gəldim bu fikrə - intihar böyük bir sualdır. Bəli, hansı səbəbdən baş verdiyini anlamaq o qədər çətindir ki. Bəs psixoloq Dəyanət Rzayev niyə intihar etdi? O ki maddi durumu qaydasında olan bir insan idi? Üstəlik, psixoloq. Yəni, birmənalı cavab vermək çox çətindir. Bircə onu bilirəm ki, belə insanların tək qalması təhlükəlidir. Belə depressiv vəziyyətdə dostlar, qohumlar onu tək qoymamalıydı.

"Mövludun qardaşı Bakının rayonlarından birində, prokurorluqda müstəntiq işləyir. Xalası tanınmış müğənni Xumar Qədimovadır. Maddiyyata həvəsli olsaydı, onların yanında olardı"
- Mövlud ölümündən öncə bir neçə gizli mesaj verib sanki. Facebook profilini bağlayıb, qapısının üstünə iki ürək şəkli yapışdırıb, redaksiyanın yaxınlığındakı binanın 17-ci mərtəbəsindən özünü atıb... Bütün bu mesajları bir araya gətirəndə, hansı nəticəni çıxarmaq olar?

- O mesajlarda nəyi nəzərdə tutduğunu özündən başqa heç kəs bilə bilməz. Profilini son vaxtlar tez-tez bağlayır, sonra açırdı. Son mesajını oxumuş olsaydım, mütləq onu axtarardım. Təəssüf edirəm ki, facebookda olmamışam o saatda. Kimsə xəbər etsəydi, mütləq şübhələnərdim. Çünki intihar edəcəyini işdə də, dostlarına da deyirmiş son günlər. Mən hər dəfə Sevincə, yaxud Mövludun xalasına, qardaşına zəng etməyə cəhd edəndə sanki gözəgörünməz qüvvə qolumdan tutub saxlayırdı. Onu da fikirləşirəm ki, bəlkə əcəl imiş bu? Sadəcə intihar formasında baş verdi? Bəlkə Tanrı ona elə 28 il ömür yazıbmış? O qədər cavabsız suallar var ki...

"Kişilər nə qədər güclü görünsələr də, onların həmişə güclü bir qadına ehtiyacları var. O qadın ana da ola bilər, həyat yoldaşı da, dost da. Təəssüf ki, Mövludun yanında elə bir qadın olmadı"
- Bu günlərdə sosial şəbəkədə bəziləri Mövludun həyat yoldaşı Sevinc xanımı onu tək qoyduğu üçün qınayır. Siz Sevinc xanımla, eks işçinizlə bu barədə danışmısızmı? Mövlud həyatının son dəqiqəsində onunla əlaqə saxlayıbmı, sağollaşıbmı? Məlum, bizim onunla danışmaq imkanımız yoxdur, çünki mediaya cavab verəcək əhvalda, durumda deyil...

- Mövludla Sevinc son gün danışıbmı, görüşübmü, bilmirəm. Amma həmin gün axşam saatlarında Sevinc Fədai bizim redaksiyaya gəlibmiş. Bunu səhəri gün gecə növbəsinin redaktorları danışdılar. Mövludgil redaksiyanın yaxınlığındakı bir binada kirayə qalırdılar. Redaktorlar deyir ki, sevindik, elə düşündük ki, barışıblar, ona görə Sevinc bura gəlib... Sonra nə baş verdiyini bilmirəm. Sevinclə danışmamışam. Mövludun ölümünün sarsıntısındadır yəqin ki. Sevinci mən də qınayıram. Onu da, özümü də, bütün dünyanı da qınayıram. Gərək onun əlini heç buraxmayaydı. Qoruyaydı Mövludu. Bunu o, etməli idi. Aradan nə keçirsə keçsin, azərbaycanlılar sivil yolla, dost kimi ayrılmağı bacarmırlar. Ustəlik, ortada körpə uşaq var. Mövludun həyatının son günlərində mərhəmətə ehtiyacı olub. Bir ələ ehtiyacı olub. Onu tutub saxlayan ələ. Məni düzgün anlamağa çalışın. Kişilər nə qədər güclü görünsələr də, onların həmişə güclü bir qadına ehtiyacları var. O qadın ana da ola bilər, həyat yoldaşı da, dost da. Təəssüf ki, Mövludun yanında elə bir qadın olmadı.

- Dəfn mərasimində valideynlərinin iştirak etməməsi barədə söz-söhbətlər yayıldı. Doğrudurmu?

- Xeyr, yalandır. Ata-anası, qardaşı, xalaları hamısı orda idi. Atasını dünən səhər həyat yoldaşım Bakıdan yola saldı. Anası onsuz da Qazaxdaydı. Amma Sevinc yox idi, öz atasıgildədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

12 Şərh:

  • Anonim
    $$$Yeraz · 17 Mart 20:4590

    Sevinc bu qedermi qeddardiki heyat yoldawinin defnine getmeyib????

    Cavab yaz
  • Anonim
    N▪ · 17 Mart 21:01102

    Heç kimin ailə daxili problemini bilmək olmaz amma nə olursa olsun övladının atasıdır. Dəfndə belə iştirak etməməsi çox qəriqəribədir.Dünyasını dəyişən bir insana kin saxlanılmaz. Nə heç kimə görə nə də heç bir problemə görə intihar etməyə dəyməz.Çox heyf...ALLAH günahlarını bağışlasın.

    Cavab yaz
  • Anonim
    Azeri · 17 Mart 21:0500

    Bu dunya fani. Bacaraq hec kimle kusulu qalmayaq. Allah rehmet elasin.

    Cavab yaz
  • Anonim
    Emi · 17 Mart 21:2351

    Dogru qeyd edirsiz,cemiyyetimizde sivil yolla ayrilmaq nedense alinmir.Ayrilma sebebini bilmesem de,dusunurem ki,Sevinc merasime qatilmali idi.Her halda usaginin atasi idi.

    Cavab yaz
  • Anonim
    asi · 17 Mart 21:24614

    Bappbalaca boyu var, dam dolusu günahı..Açması mərhumun həyat yoldaşı .

    Cavab yaz
    • Anonim
      Ayka · 17 Mart 22:0472

      Mezelenmek vaxtidi?guyam sen nese menali nese dedundaaaa

      Cavab yaz
      • Anonim
        asi · 17 Mart 22:1313

        Sən burda məzə gördünsə, keflisən demək ki....

        Cavab yaz
  • Anonim
    orbet. · 17 Mart 21:42133

    Kişinin iradə xoşbəxtliyi bütün xoşbəxtliklərdən üstündür. Ər ilə arvad bir-birlərini aldatmasalar, aralarında ciddi münaqişə də düşməz.Sevinc xanım milli.az da məqalə yazanda mən bir dəfə qeyd etmişdim ki, bu xanım çox vaxt məqalədə Allahın istədiyi kimi qadın olmaq iddialarına qarşı zidd çıxışlar edir. Hətta bir şəxs də qeyd etmişdi ki bu yazıların hər sətrindən" şeytan izi görsənir" Sonunda "şeytan" öz istəyinə çatdı.İnsanlar ona görə azırlar ki, onlar bilmədikləri halda, elə bilirlər ki, bilirlər, ağıllarına müraciət etmirlər. İnsanın bir əli odda, bir əli suda olmalıdır, su soyuduqda od qızdırmalı, od yandırdıqda su söndürməlidir.

    Cavab yaz
  • Anonim
    QQ · 17 Mart 23:4751

    Ay da bu yaziq oglan Sevinc Fedainin eri imis ? Bineqedide evleri yananda i qiz iceride anasi ve oglu ile can cekusende bu oglan heyetde dunyani dagidirmis deyirler .Sevinc ozu yazmisdivki bizi yoldasimin mubarizesi zengleri cesaretlendirirmis hemin anlarda . Sanki o yangimdan bu yana baslanmis bir romanin sin ve aci sehifelerini oxuduq bu istedadli oglanin olumuyle .O yangunla tanidiq Sevinc Fedaini .Sonra Milli Az da maraqli yazilarini izledik Sehv elemiremse bir defe Sevinc xanim ozu de intihar haqqinda bir meqale yazmisdi .Ancaq insafen Sevinc de Movlud da guclu qeleme sahibdiler .Amma niye ulduzlari barismadi bilmirem .En meshur insanlar da bezen isde azandiqlari ugurlari ailede qazana bilmirler cox tessufler olsun ki .Bir az da Sevinc mene kobud qaba insan tesiri bagislayir . Oglan ise kovrek ve mulayi m insana benzeyir sekillerinden .Hec kimin neler cekdiyini bilmek olmazmis ...

    Cavab yaz
  • Anonim
    Umrao · 18 Mart 00:0500

    Yoldashi belke qorxub defne getmekden.Hami onu qinayir deye uzerine gelinmekden cekinib.Yaralari da hele istidi.Zerer de yetire bilerler o halda.Kim bilir belke de gizlice defnine gedecek,goz yashi tokecek qebri uste.Her sheyi icinde cekecek.

    Cavab yaz
  • Anonim
    ........ · 18 Mart 00:2000

    Niye bes hec kim merhumda günah görmur.Ölüb ona göre? Niye hec kim demirki bu insan niye tek qalmiwdi? Belke özünün günahlari ucbatindan? Axi ailesi haqqinda özü meqale yazmiwdi.Yenede Allah bilir.

    Cavab yaz
  • Anonim
    Seva · 18 Mart 13:4100

    Heç kəs heç kəsi muhakime etmesin,çünki başqasının evi qaranlıq meşeye benzer,orada neyin necə olduğunu heç kim bilmir.Bir de ki,cavan bir oğlanın heyati yarımçıq qaldı,nəyi araşdırmağa çalışırıq?Bugün hamının günahkar bildiyi insanlar isə öz vicdanlarına hesab versinlər,bizə söz düşmür.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.