Ölkə

Modul tipli su təmizləyici qurğuların yaşayış məntəqələri üzrə bölgüsünə dair yeni siyahı açıqlanıb

17 Mart 2017 18:34
Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2693 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, sərəncamda "18" rəqəmləri "15" rəqəmləri ilə, "64" rəqəmləri "77" rəqəmləri ilə əvəz edilsin:

"Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində (siyahı əlavə olunur) modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16 milyon manat ayrılsın".

Həmin sərəncama əlavə olunmuş siyahı da yeni redaksiyada verilir.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. 

2017-ci ildə quraşdırılması nəzərdə tutulan modul tipli su təmizləyici qurğuların yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.