Ölkə

Bakıda meyiti tapılan məktəblinin atası danışdı - TOĞRULUN MÜƏMMALI ÖLÜMÜ

17 Mart 2017 17:54
8 Şərh     Baxış: 5 014

Bakıda meyiti tapılan məktəblinin hansı şəraitdə öldüyü hələ də məlum deyil.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, martın 15-də Qızıldaş qəsəbəsində naməlum şəraitdə itkin düşən və bir neçə saat sonra meyiti yaşadığı evdən 250-300 metr aralıdakı sahədən tapılan 2004-cü il təvəllüdlü Sultanov Toğrul Zaur oğlunun niyə öldüyü, hansı səbəbdən evi tərk etdiyi hələlik üzə çıxmayıb.

Orta məktəb şagirdi olan və 13 yaşı apreldə tamam olacaq Toğrulun atası Zaur Sultanov bildirib ki, onların heç kimlə düşmənçiliyi olmayıb: "Hadisə vaxtı anası evdə olmayıb. Qardaşı dərsdən gələndən sonra təxminən saat 2 radələrində görüb Toğrul evdə yoxdu. Hamı axtarmağa başlayıb".
 
Z.Sultanov əlavə edib ki, oğlunun meyitini evin yaxınlığındakı palçıqlıq ərazidən tapıblar: "Deyirlər ki, guya boğulub. Necə ola bilər ki, boyu 1,6-1,7 metr olan şəxs palçıqlıq bir yerdə boğulsun".
 
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Sevil · 17 Mart 17:5740

    Sinif yoldashlarini yoxlamaq lazimdir...

    Cavab yaz
    • Anonim
      Aghayev · 17 Mart 19:5700

      Batdigi yerde ozge ayag izleri varsa arasdirma yoxdursa tehrik edicide ola biler. Her halda huquq muhafize orqanlarimiz bizden daha yaxsi bilir.

      Cavab yaz
  • Anonim
    $$$Yeraz · 17 Mart 18:0410

    Bu yaw dovru cetindi. Dostlariynan belke dalawib. Her nedirse bogulma inandirici deyil.

    Cavab yaz
  • Anonim
    Balakenli · 17 Mart 18:4011

    Allah ailesine sebr versin ozunede rehmet axi bu usaq 1.60-1.70 boyu olana oxsamir

    Cavab yaz
  • Anonim
    As · 17 Mart 19:1300

    Bununda altindan tukurpeden bir olay cixmasa yaxshidi!Allah sebr versin àmin

    Cavab yaz
  • Anonim
    MiruMir · 17 Mart 20:3100

    Men qonwularindan wubhelendim nedense...

    Cavab yaz
  • Anonim
    QQ · 17 Mart 21:3100

    Istintaq yoxlamalidir ki usaq tecavuze ugrayib ya yox .Tecavuz fakti olsa cinayetin izine daha tez dusmek olar.Onu olduren alcagin Allah basina das salsin.O alcaga en agir ceza verilmelidir .Bogulma deyib yaziq usagin qanini batirmasalar yaxsi olar

    Cavab yaz
  • Anonim
    QQ · 17 Mart 21:3200

    As men de sizin kimi dusunurem ..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.