Ölkə

“Biz bununla xalqın belini qırırıq” - Yevda Abramov

17 Mart 2017 17:11
Baxış: 3 041

"Mətbuatda hökumətin hesabatı barədə ürəkbulandıran məlumatlar yayıldı. Dedilər ki, guya, bu, baş nazirin sonuncu hesabatıdır və istefaya gedəcək".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında hökumətin hesabatı ilə bağlı müzakirələrdə çıxış edən deputat Yevda Abramov deyib. O bildirib ki, xalq prezidenti, baş naziri, Milli Məclisin sədrini sevir: "Buna görə də, baş nazirlə bağlı yayılan məlumatlar düzgün deyil".

Yevda Abramov xatırladıb ki, İsraildə "buldozer" ləqəbli bir nazir var idi: "Allah ona qəni-qəni rəhmət eləsin. Artur müəllim, onun torpağı sanı yaşasın".

Deputat bununla belə bildirib ki, hökumətin 2016-cı ilin fəaliyyətinə dair hesabatı daha yaxşı hazırlana bilərdi. "Mən yenə də başıbatmış xarici valyuta ilə bağlı danışacağam. Bu yaxınlarda Qubaya getmişdim. Orada dollar alveri edənlər var idi. Yalandan dedim ki, 1000 dollarım var, dedi ki, 1 manat 70 qəpikdən ala bilər. Amma satışı çox baha idi. Görün, nə qədər fərq var? Samir müəllim, Elman müəllim, biz başa düşməliyik ki, maliyyə problemləri var. Alışla satış arasında kəskin fərq var. Biz bununla xalqın belini qırırıq. Bütün bunlara son qoymaq lazımdır. Bir qədər əvvəl hüquq-mühafizə orqanları dollar satanları tutdular. Nə dəyişdi? Heç nə! Mən bunları deməliyəm, problemlər həll olunmasa, gələcək hesabatlar daha da pis olar!" deyə bildirib.

Yevda Abramov rayonlarda da infrastrukturun inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb: "Bakıda "Sovetski" sökülür, yerində nəsə tikilir. Bəs rayonlarda kim tikəcək?".

Parlament üzvü xatırladıb ki, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Rusiya mediasında çıxışlar edir. "Amma mən görmədim ki, bizdə maliyyə "tri-o"larından kimsə çıxıb çıxış etsin".

Milli Məclis sədri Oqtay Əsədov Yevda Abramovun deputatlarla bağlı fikrinə münasibətində bildirib ki, bəzi deputatlar az qala münəccəmlik edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.