Ölkə

Məhkəmənin Kamil Zeynalovla bağlı QƏRARI

17 Mart 2017 17:15
15 Şərh     Baxış: 5 371

Bu gün Xətai Rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə jurnalist Əfruzə Ağayevanın idmançı Kamil Zeynallıya qarşı və Kamil Zeynallının qaldırdığı qarşılıqlı iddialar üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, Ə.Ağayevanın vəkili Vüqar Səfərli Trend-ə bildirib ki, prosesdə məhkəmə qərarı elan olunub. Qərara görə, hər iki tərəfin iddiası qismən təmin olunub. Qətnaməyə əsasən K. Zeynallı Ə. Ağayevadan üzr istəməlidir. Amma, iddianın jurnalistə dəymiş mənəvi ziyana görə 50 min manatlıq təzminat ödəməsi hissəsi rədd edilib. Məhkəmə qətnaməsində həmçinin Ə. Ağayevanın da K. Zeynallıdan üzr istəməsi göstərilib:

"Onlar qarşılıqlı iddiasa göstərmişdilər ki, Ə. Ağayeva Şəbnəm Hüseynovanın statusunda yazılan "Kamilin söydüyü söyüşlər onun nəslindəki qadınlara getsin" ifadəsini yazıya başlıq çıxarıb və bununla da K. Zeynallının şərəf və ləyaqəti təhqir olunub. Buna görə də, məhkəmə qətnaməsində Əfruzənin Kamildən üzr istəməsi göstərilib. Kamilin Əfruzəyə qaldırdığı 100 min manatlıq təzminat iddiası isə rədd edilib. Əfruzə xanım qətnamə ilə razı deyil və o qərardan apellyasiya şikayəti verəcək".

Xatırladaq ki, idmançı K.Zeynallı aparıcı Şəbnəm Hüseynovanı sosial şəbəkələrdə küçə söyüşləri ilə təhqir etmişdi. Ş. Hüseynova isə sosial şəbəkədə ""Kamilin söydüyü söyüşlər onun nəslindəki qadınlara getsin" cavabı yazıb. Jurnalist Ə.Ağayeva isə həmin statusu xəbər kimi hazırlamışdı. Bundan sonra K. Zeynallı Ə. Ağayevanı da küçə söyüşləri ilə təhqir etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Musviq · 17 Mart 17:1901

    Diyesen pullari coxdur xerclemeye yer tapmirlar korpeler evinde qocalar evine buraxilmis valdeyinleri yad edin bayram qabagi

    Cavab yaz
    • Anonim
      asi · 17 Mart 18:0032

      Maraqlısı budur ki, jurnalist 50 min istəyib , Kamil 100 min.Ancaq yenə narazı olan jurnalist olub))Tutaq ki məhkəmə yenə hər ikisinin iddiasını təmin etdi.Onda gərək jurnalist aldığı 50 minin üstə bir 50 min də əlavə edib qaytara Kamilə)))..

      Cavab yaz
      • Anonim
        asi ye · 17 Mart 18:5522

        Yaxsiki,sen burdaymissan.Yoxsa hec kim anlamazdi.

        Cavab yaz
  • Anonim
    cavab · 17 Mart 17:2054

    yaxsi metoddur, varlanmaq olar Dusek meshurlarin canina qizisdirib laq edek Sesi cixan kimi tezminati nallayaq boynuna 50 min azdeyil ha

    Cavab yaz
  • Anonim
    Efqan · 17 Mart 17:2671

    Men yavaş yavaş hiss ediremki bu qadinla mübarize aparmaqla fexr edir .Qolda gü olmaqla deyileyy ,esas ürekdi ,ürek

    Cavab yaz
  • Anonim
    Oxucu · 17 Mart 17:4471

    Bu "küçə söyüşü ifadəsi" mənə çatmır, söyüşün küçəsi və ya evi olur? söyüş söyüşdür, onun məkanı olmur. Bəyəm küçədə söyüş söyülməlidir ki?

    Cavab yaz
  • Anonim
    Рома · 17 Mart 17:45111

    Бу гагашы йене хирслендирдилер

    Cavab yaz
    • Anonim
      Romaya · 17 Mart 18:5381

      Bir odu qaqas,birde sen.

      Cavab yaz
  • Anonim
    anonim · 17 Mart 18:3324

    Kamil üzr istəməz.100minindən keçər üzr istəməz.jurnalistədə pul lazımdıda üzrü neyniyirki.Elə pula görə Kamili hirsdəndirdi

    Cavab yaz
  • Anonim
    Meri · 17 Mart 19:1211

    Hamsi pulun coxlugundandi bilmirler neynesin

    Cavab yaz
  • Anonim
    aaaa · 17 Mart 19:2701

    serhmi niye vermirsiz

    Cavab yaz
    • Anonim
      aaaa ya · 17 Mart 20:3810

      Acimişdim yedim Nuş edim

      Cavab yaz
      • Anonim
        aaaa · 17 Mart 21:0410

        19>27 sen biraz duz ye

        Cavab yaz
      • Anonim
        aaaa · 17 Mart 22:2400

        20

        Cavab yaz
  • Anonim
    Aydın · 17 Mart 19:4124

    Qadınlar Kamili bilərək hirsləndirir məncə.pul istəməyləri gəlir:p

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.