Ölkə

Bakının ən ucuz bazarı – FOTO

17 Mart 2017 16:48
6 Şərh     Baxış: 3 155

Oxu.az Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən təşkil edilən yarmarkada olub. 

Mili.Az xəbər verir ki, sözügedən saytın əməkdaşı Nərimanov rayonu ərazisində yerləşən Keşlə bazarının ərazisindəki yarmarkaya baş çəkib. 

Monitorinqlər göstərib ki, bazardakı qiymətlər ilə müqayisədə yarmarkada qiymətlər nisbətən ucuzdur. 

Belə ki, yarmarkada mal ətinin 1 kq-ı 5-7 manata, qoyun əti 7 manata, quş əti 3,50-3,70 manata satılır. 

Qoz, findıq və digər çərəzlərin qiyməti isə 1 kq üçün 5-18 manat arasında dəyişir:

"Yarmarkada qozun 1 kq-ı 5-7 manata, qoz ləpəsi 12-18 manata, findıq 5,50-7 manata, fındıq ləpəsi 8-14 manata, iydə 3-4,50 manata, sarı kişmiş 5-10, qara kişmiş 6-14 manata alıcılara təklif edilir".

Tərəvəzlərdən kartofun 1 kq-nın qiyməti 70-90 qəpik, soğan 20-30 qəpik, zirə pomidoru 2,50-3,50 manata, xiyar 2-3,50 manata, kök isə 50-80 qəpiyədir. 

Bazarda alma, portağal, üzüm, armud və s. qiyməti ilə də maraqlanılıb.

"Müvafiq olaraq almanın 1 kq-ı 50 qəpik -1 manat, portağal 1,40-2 manat, üzüm 2,50-3,50 manat, armud 1,50-3 manata satılır. 

Səməninin qiyməti isə yarmarkada cəmi 1 manatdır. 

Qeyd edək ki, Novruz yarmarkaları martın 16-dan başlayıb və ayın 19-a qədər davam edəcək. Bakı şəhəri üzrə 5 ünvanda bu cür yarmarkalar təşkil edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Oxucu · 17 Mart 17:0270

    Heçdə ucuz bazar deyil Bir həftə qabaq getmişdim.Qiymətlər od tutub yanır. Adi göyərti 30 qəpikdir. Ən ucuz 8 km bazarı idi artq ora da ucuz deyil.

    Cavab yaz
  • Anonim
    Musviq · 17 Mart 17:1730

    Teskil edilmis yarmarkalarda elede ucuzluq deyil orada bazarda olan saticilar oz mehsullarin getirib satir Etin qiymeti deyilirdi 7 manat olacaq ancaq 10 manatdan asagi et yoxdu Birdefelik bayramlari legv etmek lazimdir 85% ehalinin goz dikdiyi pensiyye ancaq bayramlarda xerclenir bes pensiyecinin komunal xercleri nolsun Allah ozun ehtiyaci olan insanlari ovladi qarsisinda aciz buraxma

    Cavab yaz
  • Anonim
    dayi · 17 Mart 17:1801

    qoz baha olmaqi yaxsidi onu yemak sarfelamir 2 tarafli ziyana dusuram

    Cavab yaz
  • Anonim
    N · 17 Mart 17:4820

    bakida ucuz bazaryoxdu.ucuz keyfiyyätsiz arzaq vä mähsulların satĩldıĝı bazarlar var.buna görä ucuzdur.bakının här yerindä bazarlarda satılan mähsülların qiymäti eynidir.sanki yapon zavod malıdır.

    Cavab yaz
  • Anonim
    Caresiz · 17 Mart 19:1950

    Men rayonda qaliram qoz lepesi 28 manatdi.bir gucle heresinden 100 qram 200 qram weyler almiwam ki evde uwaq var bayram stoluna qoya bilim.Allah axirimizi xeyir elesin ne bilim vallah getdikce uje yawamaq deyile surunmekdi bizimkisi

    Cavab yaz
  • Anonim
    Meri · 17 Mart 22:0700

    Kendlinin dolanisiq yeri meyve tervezdi oda alib satan kendliden cox qazanir kendliden uzuz alib baha satir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.