Ölkə

Təmir işləri sürücülərə çətinlik yaradır - Qurumlar susur - VİDEO - FOTO

17 Mart 2017 17:22
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Günün ardınca" verilişində təmir işlərinin sürücülərə yaratdığı çətinliklərlə bağlı reportaj yayımlanıb

Milli.Az bildirir ki, Şəkidə su və kanalizasiya sistemi yenilənir. Amma sakinlər necə deyərlər, bunun "istisinə isinməmiş tüstüsünə kor olurlar". Səbəblər isə nə birdir, nə iki.

İllərdir ikinci mərhələdə başa çatan 3-cü mərhələsi səbirsizliklə gözlənilən yenidənqurma işlərin elə sürətlə aparılır ki, hansı yolların bağlanıb, hansının açıldığından sürücülərin xəbəri olmur.

Əsas küçələr də daxil olmaqla yollarda aparılan qazıntı işləri səbəbindən şəhərdaxili marşrurt avtobusları belə yollarını dəyişmək məcburiyyətində qalıb. Əvvəllər 5 dəqiqəyə qət olunan yol indi olub yarım saat.

Hansı iş olur olsun, səfasını sürmək üçün cəfasına dözmək olar. Biz də bununla razıyıq, amma bu qədər geniş miqyaslı iş aparılırsa, ən azında sabah hansı yol bağlanacaq, sürücü alternativ olaraq hansı yoldan istifadə edə bilər barədə ən azından xəbərdarlıq edilməsi vacibdir. Amma nədənsə bu məsələ Şəkidə aidiyyatı qurumları narahat etmir. Xəbərsiz sürücülər çox vaxt getdiyi yolun yarısında qayıtmalı, yaxud məcbur qalıb qadağan olunmuş istiqamətdə hərəkətini davam etdirməli olurlar.

Deyilənə görə hazırda Şəki şəhərinin 24 istiqamətində qazıntı işləri aparılır. Burada qoyulan nişanlar isə ya standartlara cavab vermir, yada qazıntı sahəsinə o qədər yaxında yerləşdirilir ki, qəzalar qaçılmaz olur. Xüsusi ilə də axşam saatlarında.

Təbii ki, Şəki ölkədə su-kanalizasiya sisteminin yeniləndiyi nə ilk, nə son şəhər deyil. Bu cür işlər demək olar, əksər rayon mərkəzlərində aparılıb. Ancaq təəəsüflər olsun ki, əksəriyyətində də eyni çətinliklər müşahidə edilib. Bir müddət öncə Tovuz şəhərindəki qazıntı işləri də sürücülərə böyük problemlər yaratmışdı. Dünya təcrübəsində isə bu problemlərin asan həll yolu var. Yollardakı təmir-tikinti işləri gecə saatlarında aparılır ki, gündüz hərəkət intensiliyi olan vaxt tıxaclar yaranmasın. Ancaq bizdə əksinə... Yollardakı qazıntı işləri elə hərəkətin pik olduğu saatlarda başlanır.

Hazırda Şəkidə demək olar, mərkəzi küçələrin əksəriyyəti qazılıb, borular yerləşdirilib, üzəri torpaqlanıb. Bu işlər ümumilikdə, nə vaxt yekunlaşacaq və dağıdılmış asfalt örtüyü nə qədər vaxta bərpa olacaq bu da sual olaraq qalır. Həmin naməlum müddət ərzində isə müddətdə isə sakinlərlə yanaşı şəhərə üz tutan turistlər də yağışda lilli-palçıqlı, günəşli havada isə toz-dumanlı yollarda istifadə etməli olacaqlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Təmir işləri sürücülərə çətinlik yaradır

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.