Ölkə

"Banklar insanların intihar etmələrinə səbəb olur" - Millət vəkili

17 Mart 2017 15:39
7 Şərh     Baxış: 1 092
Millət vəkili Fəzail Ağamalı hökumətin hesabatında çıxışı zamanı ərzaq məhsullarının qiymətinin qalxmasına reaksiya verib.
 
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o qeyd edib ki, bu gün bazarlar od tutub yanır: "Ərzaq məhsullarının, xüsusilə də ətin qiyməti qalxır. Bununla bərabər, tikinti materiallarının qiyməti də durmadan artır. Qiymət artımının qarşısını almaq üçün möhtəkirlərə qarşı tədbirlər görülməlidir. Kiçik və orta sahibkarlığın inkişafı üçün yaşıl işıq yandırılmalıdır. Bu sahədə olan bürokratiyanı, əngəlləri aradan qaldırmaq üçün olduqca radikal addımların atılmasına ehtiyac var".
 
Millət vəkili Elmira Axundova isə çıxışında bank sektoruna inamın azaldığını qeyd edib: "İnsanlar banklarla üz -üzə qaldılar. Nəticədə intihar edənlər də oldu. Məndə olan məlumata görə, daha bir neçə bankın birləşdirilməsi gözlənilir. Tələb təklifi üstələyir. Amma sahibkarlar bankdan kredit götürməyə risk etmir.
 
Bundan əlavə, səhiyyə ilə bağlı demək istəyirəm ki, dövlət tərəfindən dərman preparatlarının qiyməti aşağı düşdükdən bir sıra orijinal, yüksək keyfiyyətli xaricdən gələn dərmanlar yoxa çıxdı və onları tapmaq mümkünsüz oldu. Bəzən ən sıravi məhsulu belə tapa bilmirsən. Bunun üçün nazirin burada olmağından istifadə edərək bu məsələnin araşdırılmasını təklif edirəm.
 

Digər aktualı məsələ isə son günlər artan dəm qazı ölümləri ilə bağlıdır. Təklif edirəm ki, "Azəriqaz" qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq. Mövcud abonentlərin evində isə bu qurğular məcburi quraşdırılsın".
 
Elmira Axundovanın dəm qazı ilə bağlı təklifinə isə vitse-spiker Valeh Ələsgərov reaksiya verib . O qeyd edib ki, dədə-babadan evlərdə odun da yandıranda mütləq baca olmalı idi: "Ona görə ki, əlavə zəhərlənmə maddə evdən çıxsın. Zəhərlənmə halları ona görə baş verir ki, yaşayış evlərində belə bir yer yoxdur. Əgər kimsə də cihaz qoymaq istəyirsə, özü alsın qoysun, "Azəriqaz" bunu etməli deyil. Birinci növbədə, əhali evində baxsın ki, qaz yanan zaman əmələ gələn maddələr evdən çıxır, ya yox?".
 
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Emi · 17 Mart 16:2730

    Mecburiyyet qarsisinda bankdan pul gotuturler,faizler camaati ele derin quyuya salir ki,intihardan basqa cixis yolu qalmir.

    Cavab yaz
  • Anonim
    Tamaşaçı · 17 Mart 16:3230

    Elmira xanım çooox düz deyirsiz.İntiharların əksər səbəbkarı banklardı.

    Cavab yaz
  • Anonim
    Melek · 17 Mart 16:3330

    Düz diyirde elmira xanım belke birinin pulu yoxdu almaga yerleşdirsez ölersiz??

    Cavab yaz
  • Anonim
    Bakılı · 17 Mart 16:5930

    Düz deyirsiz man 6500 dollar götürmüşam 3 ildir ödayiram hala 2 ilda ödayacam millati madani süratda ölüma göndarirlar

    Cavab yaz
    • Anonim
      Dollar · 17 Mart 18:0310

      Mende1500 dollar goturmusdum 1dollar 78qepik olanda hele de oduyurem bitmek bilmir

      Cavab yaz
  • Anonim
    Adi insan · 18 Mart 16:4900

    Beli.her wey duz deyilir.gel ki emel eden,vetendawlarin gunune aglayan olacaqmi? Mesele burasindadir.

    Cavab yaz
  • Anonim
    Adi insan · 18 Mart 16:5200

    Qaz barede daniwan o deqiqe cavabini ele yerindece alib.cihaz almaga camaatin pulu var?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.