Ölkə

Bakıda ustalar sərxoş qadını zorladılar

17 Mart 2017 16:00
11 Şərh     Baxış: 3 964

Bakıda rus qadını zorlamaqda təqsirləndirilən 1990-ci ildə təvəllüdlü Camur İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mili.Az xəbər verir ki, lent.az-ın-ın məlumatına görə, Beyləqan rayon sakini Camur İsmayılov 2016-cı il sentyabrın 2-də, saat 13 radələrində qohumu Əşrəf Məmmədovla birlikdə tanışları Elnur Muxtarovun təklifi ilə Nizami rayonunda yaşayan rus əsilli yaşlı qadın Olyanın (ad şərtidir) evinə su kranını və su qızdırıcısını təmir etmək üçün gediblər.
 
Təmir işlərini bitirdikdən sonra qohumlar yeyib-içmək qərarına gəliblər və zərərçəkənin mənzilində spirtli içki qəbul ediblər.
 
Sərxoş vəziyyətdə olan Camur İsmayılov qadının yataq otağına keçərək onun əl-qolunu tutub və Əşrəf Məmmədovun onu zorlamasına şərait yaradıb. 
 
Olya Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istəyəndə Camur İsmayılov mobil telefonunun onun əlindən alıb və batareyasını çıxarıb. Sonra isə hər ikisi qadını döyərək onunla zorla cinsi əlaqədə olublar.
 
Təqsirləndirilən şəxs evlidir və 2 övladı var.
 
Cinayət işində adı keçən digər şəxslərin işi ayrıca icraata götürülüb. Camur İsmayılov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxs ifadə verib. O bildirib ki, qadının evində yeyib-içiblər: "Qadın da bizimlə yeyib-içdi. Sonra sərxoş olanda onunla cinsi əlaqədə olmağı təklif etdim. O da təklifimə etiraz etmədi. Birlikdə yataq otağına keçdim. Onunla cinsi əlaqədə oldum".
 
Camur İsmayılov zorlama ittihamını qəbul etməyib və bildirib ki, ona düzgün ittiham verilməyib.
 
Daha sonra zərərçəkmiş qadın ifadə verib. O, evinə gələn ustalar tərəfindən təcavüzə məruz qaldığını bildirib. Yaşlı qadın təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib. 
 
Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Camur İsmayılov 7 il müddətə  azadlıqdan məhrum edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 17 Mart 16:0340

    Bunu bir defede vermisdiler,turkler bu yerde lazim cunki onlar 70 il is verecekdiler))) 7 il yoxx.

    Cavab yaz
  • Anonim
    Musviq · 17 Mart 16:0370

    Bedbext oglu bedbext hec olmasa evdeki ailenden utanda sene lazim idi

    Cavab yaz
  • Anonim
    Cayxor · 17 Mart 16:0590

    Boyuzu yere soxum vehwiler.qoca qadindan ne istediz?evli olan eclaf ailenin uzune nece baxacaqsan.boyuva ip olcum

    Cavab yaz
  • Anonim
    lale · 17 Mart 16:3160

    boyun yere girsin biqeyret

    Cavab yaz
  • Anonim
    Bakll roya · 17 Mart 16:3660

    Allah size Nehlet elesin.Oqullarimiz bunnara gore Veten yolunda Wehid olur bu werefsizler vicdansizlar Ne hereketler edir.Allah size Nehlet elesin Namussuzlar.Haram olsun size.Vetenin coreyi.

    Cavab yaz
  • Anonim
    ? · 17 Mart 16:3950

    Aileside deyir erim qazanc dalinca gedib.

    Cavab yaz
  • Anonim
    N · 17 Mart 17:5530

    o usdalarıda zorlamaq lazımdır.boĝma qazanmaĝa çıisan boĝmuvu qazan qayıt get xarabana.camaatla nä išin.

    Cavab yaz
  • Anonim
    Azer · 17 Mart 20:4000

    Sovet vaxti bu cur sherefsizlere olum hokmu verilirdi.

    Cavab yaz
  • Anonim
    Azer · 17 Mart 20:4110

    Amma bu maddeyle iceri dushmek.... Vay vay vay

    Cavab yaz
  • Anonim
    elxan · 17 Mart 21:5620

    Kül başıvıza ..hec olmasa ailənizdən utanın

    Cavab yaz
  • Anonim
    elxan · 17 Mart 21:5610

    Başı xarablar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.