Ölkə

Arif Rəhimzadə Tarif Şurasının qərarını tənqid etdi

17 Mart 2017 14:51
2 Şərh     Baxış: 1 981

Milli Məclisin iclasında Tarif Şurası tənqid olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin illik fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Tarif Şurasının ötən ilin noyabr ayında verdiyi qərar seçildiyi Neftçala rayonundakı yod-brom zavodunun fəaliyyətini iflic edib.

O qeyd edib ki, Tarif Şurasının elektrik enerjisinin qiymətini artırması bir sıra müəssisələrin fəaliyyətinə ciddi problemlər yaradıb: "Bunun bariz nümunəsi seçildiyim Neftçala rayonundakı yod-brom zavodudur. Bildiyiniz kimi, bu zavod strateji bir məhsulun istehsalı ilə məşğul olur və həmin məhsulun böyük hissəsi xaricə satılır. Ancaq Tarif Şurasının məlum qərarı zavodun fəaliyyətinə ciddi problem yaradıb. Artıq zavod fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Vəziyyətdən çıxış yolu kimi rəhbərlik kollektivin müəyyən bir qismini öz hesabına məzuniyyətə göndərib. Belə davam edərsə, zavod fəaliyyətini dayandıra bilər".  
 
A.Rəhimzadə hökumətə təklif edib ki, elektrik enerjisi sərfiyyatı ay ərzində 5 milyon kv/saatdan çox olan müəssisələrə şamil edilən güzəştlər Yod-Brom zavoduna da şamil olunmalıdır: "Bu zavodun aylıq enerji sərfiyyatı 3 milyon kv/saat-dır. Təklif edərdim ki, Tarif Şurası bu güzəşti heç olmasa, bu zavoda şamil etsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Filantrop · 17 Mart 15:3020

    O zavoddakı vəziyyətə az-çox bələd olan biri kimi deyə bilərəm ki,onlarla insanın taleyi Tarif şurasının qərarından sonra tam qaranlıqdır. Müəssisə rəhbəri heç kimi ixtisara salmaq istəmir,amma enerji daşıyıcılarının qiymətinin demək olar ki ikiqat artırılması çıxılmaz vəziyyət yaradıb. Evinə oradan çörəkoulu qazanan onlarla insan işsiz qala bilər.

    Cavab yaz
  • Anonim
    Elshan · 17 Mart 15:4420

    Hec olmasa kimse ish yerlerinin baqlanmasi ile baqli danishir...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.