Ölkə

Siyavuş Novruzov bankları tənqid etdi: "Krediti çox yüksək faizlə verirlər"

17 Mart 2017 13:55
6 Şərh     Baxış: 1 968

Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bank kreditlərinin faizlərinin yüksək olması ilə bağlı narazılığını bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, S.Novruzov qeyd edib ki, postsovet ölkələri arasında ən yüksək kredit faizi Azərbaycandadır:

"Banklar krediti elə yüksək faizlə verir ki, onu alan vətəndaş heç bir sahibkarlıqla məşğul ola bilmir. Mərkəzi Bank banklara krediti 15 faizə verir, ancaq banklar vətəndaşa krediti 25-29 faizə verir. Qoy banklar 6 və ya 7 faiz qazansın. Yoxsa kimin ağlına nə faiz gəldi, onu da qoyur. Bu düzgün deyil".

S.Novruzov Mərkəzi Bankı bu istiqamətdə tədbirlər görməyə çağırıb: "Mərkəzi Bank bu məsələlərə ciddi şəkildə yanaşmalıdır və müvafiq tədbirlər görməlidir. Cənab prezidentin dediyi kimi, hər şey vətəndaş üçündür. Əgər biz vətəndaşı qorumuruqsa, bu görülən işlər nəyə lazımdır?!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Elshan · 17 Mart 14:0771

    Senin Merkezi Bankin manati 15%-le satir banklara. Banklar hansi %-le krediti vermelidir? Hele qarshiliqinda tutub bir o qeder dollar bloklashdirir... Banklarin oturduqlarin binalarin ekseriyyeti kirayedir. Kiraye pullarini endir, sonra banklardan nese teleb ele! Get bundan danish...

    Cavab yaz
    • Anonim
      düz sözzz · 17 Mart 14:5530

      Mende o formada şerh yazdım..Siyavuş müəllimin xetrine deyer deye vermediler..Yeni Balıq başdan meseli..

      Cavab yaz
  • Anonim
    Musa. · 17 Mart 14:1730

    Bu vaxta qədər bilmirdin? Yoxsa pul lazım olub?

    Cavab yaz
  • Anonim
    Sugra · 17 Mart 14:3330

    Ne eceeeb?

    Cavab yaz
  • Anonim
    Ramil · 17 Mart 16:0830

    Bahoo bunu butun hami bilirki banklar bu deqiq qan icenlikle mesguldu cox yuksek faiznen kredit verirler camatda odeye bilmir

    Cavab yaz
  • Anonim
    N · 17 Mart 18:4101

    siyavuş müällim banqları tänqid etmäyib.bu deyilänlär banqların niyyätidir, banqlarin qarşılarına qoyduqları peşäsi iş fäaliyyätidir.siyavuş müällim banqların işinin kicik bir hissäsini necävar onu deyb.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.