Ölkə

Milli Məclisdə dəm qazı müzakirəsi: "Zəhərlənma halları ona görə baş verir ki..."

17 Mart 2017 13:51
3 Şərh     Baxış: 906

Azərbaycanda dəm qazından zəhərlənmə məsələsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, deputat Elmira Axundova "Azəriqaz" İstehsalat Birliyini məsələ ilə bağlı tədbirlər görməyə çağırıb. O qeyd edib ki, "Azəriqaz" İB qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin: "Abonentlərin evində bu qurğular məcburi quraşdırılsın. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq".

E.Axundovanın təklifinə vitse-spiker Valeh Ələsgərov münasibət bildirib: "Dədə-babadan evlərdə odun, kömür yandıranda mütləq baca olmalı idi. Ona görə ki, zəhərli maddələr evdən çıxsın. Zəhərlənma halları ona görə baş verir ki, yaşayış evlərində belə bacalar yoxdur. Əgər kimsə cihaz qoymaq istəyirsə, özü alsın qoysun, "Azəriqaz" İB bunu etməli deyil. Birinci növbədə, əhali evində nəzarət etsin ki, qaz yanan zaman əmələ gələn maddələr evdən çıxır, ya yox?"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Guler · 17 Mart 13:5620

    Hmmmm çox soz var deme amma'lar olmasa

    Cavab yaz
    • Anonim
      Hacı M. · 18 Mart 00:2710

      Cənab deputatlar sizin heç biriniz düz demr.Siz həmiəşə işin başqa tərəfini görürsünüz. Qoy Sizin deputat seçilməyinizə səs verənlərdən biri fikrini söyləsin inanıram ki , razılaşarsınız. Sovetlər dövründə insanlar yatan vaxtıda razı yanar halda saxlıyar dılar. Nə zəhərlənən olarıdı nə ölən. Çünkı qaz çox mavi yanardı. Indi isə qirmızı rəngdə yanir. Özüdə his verir.Qaza nə qatırlar bir Allah bilir.Bir də rəhbərlik. Vəssəlam...Cavab budur.

      Cavab yaz
  • Anonim
    N · 17 Mart 22:2100

    sovet dövründä camaat qazı turbadan peçsiz boş havada yandırırdı.qazın heç dämi dä olmurdu.indiki qazlar yägin müsdäqil qazlardır.ona görä dämidä var

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.