Ölkə

80 yaşlı keçmiş məhkum: "Cənab Prezident məni nəvələrimə bağışladı" - YENİLƏNİB - VİDEO - FOTO

17 Mart 2017 12:56
1 Şərh     Baxış: 2 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənab Prezident məni nəvələrimə bağışladı.

12:56

Milli.Az xəbər verir ki, bunu Trend-ə Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunmuş 80 yaşlı Səməd Qasımov deyib.

Cəlilabad rayonundan olan S.Qasımov oğlunu qətlə yetirib, 12 il cəza alıb.

S.Qasımov bildirib: "Cənab Prezidentə təşəkkür edirəm! Mənim bu yaşımda etdiyim səhvi bağışladı. Sevincimin həddi-hüdudu yoxdur. 5 ildir nəvələrimin üzünə həsrətəm. Cənab Prezident məni nəvələrimə bağışladı. Bundan sonra nəvələrimi görəcəyimə ümidim yox idi. Amma cənab Prezident bunu mənə bəxş elədi. Allah prezidentimizi və ailəsini qorusun!"

Qeyd edək ki, Prezident İlham Əliyev martın 16-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 423 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 412 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 4 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərin cəzası müvafiq olaraq 25 və 15 il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Əfv olunanlar arasında 40 xarici ölkə vətəndaşı da var. Onlardan 13-ü İran, 6-sı Pakistan, hərəsindən 4 nəfər olmaqla Gürcüstan, Rusiya və Nigeriya, hərəsindən 3 nəfər olmaqla Çin və Türkiyə, 2 Özbəkistan və 1 Ukrayna vətəndaşı var. Həmçinin, əfv olunanlar arasında fəallar Elvin Abdullazadə və Əbdül Əbilov da var.

----------

11:15

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə həbsdən buraxılanlar arasında İsmayıllı hadisələrinə görə tutulan şəxs də var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əfv sərəncamı Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində 14 məhkuma şamil edilib. Onlardan 1989-cu il təvəllüdlü Cəfərov Cəfər Pənah oğlu İsmayıllı hadisələrinə görə məhkum olunub.
 
Əfv olunanlardan daha bir məhkumun isə 80 yaşı var. 1937-ci il təvəllüdlü Məmmədov Məmmədiyə Seyid oğlu qətldə təqsirləndirilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 23 may tarixli hökmü ilə məhkum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

80 yaşlı məhkum da əfv edildi

80 yaşlı məhbus azadlıqda

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.