Ölkə

Şəkidə 14 nəfər azadlığa buraxıldı - FOTO

17 Mart 2017 11:32
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki Penitensiar Xidmət Müəssisəsindən 14 nəfər azadlığa buraxılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Xidmət Müəssisəsində icrasına başlanılıb.

Buraxılış vərəqələrini alaraq azadlığa çıxanlar çox sevincli olduqlarını söyləyiblər. Bayram öncəsi bu sevinci onlara yaşatdığına görə, prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam 423 nəfərə şamil edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.