Ölkə

"28 Mall" 15 dəqiqəyə tamam boşaldıldı

17 Mart 2017 10:29
0 Şərh     Baxış: 5 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 28 Mall-da təlim məqsədli təxliyə planı həyata keçirilib.

Milli.Az bildirir ki, 28 Mall-dan qafqazinfo-ya verilən məlumata görə, keçirilən təlimdə əsas məqsəd ticarət mərkəzində çalışan işçi heyətinə fövqaladə hallar zamanı davranış normalarını bir daha xatırlatmaq olub.

Səhər saatlarında keçirilən təxliyə təlimi zamanı təhlükə siqnalını eşidən hər kəs ticarət mərkəzi binasını tərk etməli idi. Binanı tərk edənlərin toplaşma məntəqəsi isə binanın arxa hissəsi idi. 15 dəqiqə ərzində davam edən təxliyə təlimində ticarət mərkəzi təhlükəsizlik xidməti əməkdaşları binada heç kimin qalmadığına əmin olduqda ərazini ən son tərk etdilər. Təlimin bitdiyi elan edildikdən sonra isə ticarət mərkəzi normal qaydada iş rejiminə davam edib.

Qeyd edək ki, təxliyə təlimi il ərzində 2 dəfə həyat keçirilir. Təxliyə təlimlərinin əsas məqsədi ticarət mərkəzi ərazisində çalışan işçi heyətinin baş verə biləcək fövqaladə tədbirlərə hazırlıqlı olmasıdır.

Bayram günləri ərzində isə 28 Mall gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.