Ölkə

BANM-də Xonça Festivalı

17 Mart 2017 10:33
Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş Xonça Festivalı keçirildi. Festival Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzi tərəfindən təşkil olunmuşdur. Tələbələr 14 müxtəlif komanda tərkibində tədbirdə iştirak etdilər.

Milli.Az xəbər verir ki, Novruz bayramının ölkəmizdə, xüsusilə gənclər arasında geniş qeyd edilmə ənənəsi mövcuddur. Səməni və boyanmış yumurtalar Novruzun xüsusi simvollarıdır. Eyni zamanda, yumurta döyüşdürmək kimi bir adətimiz də var. BANM-in tələbələri və müəllim kollektivi Novruzu birgə qeyd edərək onu hazırlıq kursunun ən yaddaqalan xatirəsinə çevirdilər.

Festival çərçivəsində üç müsabiqə təşkil olunmuşdur: Xonça müsabiqəsi, yumurta döyüşü və şirniyyatın sürətlə yeyilməsi. Festivalda tələbələr tərəfindən bəzədilmiş rəmzi məna daşıyan 20 xonça təqdim edilmişdir. Xonçalara düzülmüş şirniyyatlar və səmənilər insanların könlünə yaz, təzəlik ab-havası gətirməklə tədbirdə xüsusi bayram əhval-ruhiyyəsi yaratmışdır.

Xonça müsabiqəsində ən zövqlü tərtibata görə "İngilis N2" qrupu qələbə kubokunu qazanmışdır. Yumurta döyüşü müsabiqəsinin qalibi BANM-in "Neft-Qaz Mühəndisliyi" ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Asəf Səfərov oldu. Şirniyyatların sürətlə yeyilməsi müsabiqəsində Ali Məktəbin "Kimya Mühəndisliyi" ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Fərid Tağıyev qalib gəldi. BANM-in rektoru Elmar Qasımov qalib gəlmiş tələbələri xüsusi qeyd edərək bütün festival iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.