Ölkə

Bakıda daha bir ailə dramı - 2 uşaq yetim qaldı - YENİLƏNİB

17 Mart 2017 13:01
7 Şərh     Baxış: 2 631

13:01

Bu gecə Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, saat 22 radələrində Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində kirayə yaşadığı evin həyətində özünü asan 33 yaşlı Qismət Yusubov ailəli, 2 uşaq atası olub.

Əslən Lənkəranın Bəliton kəndindən olan Qismət Yusubov xeyli vaxtdır, işsiz imiş. O, dünən axşam saatlarında həyat yoldaşı və uşaqları yaxın qonşunun evində olarkən həyətdəki üzüm çardağından özünü kəndirlə asıb. Az sonra qonşudan qayıdan qadın və uşaqları həyətdə dəhşətli mənzərə ilə qarşılaşıblar.

Bildirilir ki, Q.Yusubovun heç kimlə problemi olmayıb və psixi durumu normal imiş.

Araşdırmalar davam etdirilir.

----------

09:59

Bakıda intihar hadisəsi baş verib.

Milli.az xəbər verir ki, Səbail rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Badamdar qəsəbəsində kirayədə yaşayan Lənkəran sakini, 1984-cü il təvəllüdlü Qismət Eynulla oğlu Yusubov yaşadığı evin həyətində üzüm çardağından özünü asaraq, öldürüb.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Allah bendesi... · 17 Mart 11:0020

    Allah rehmet elesin.İntihar cixiş yolu deyil.Allaha sixin .Allah Xalqimizi qorusun AMİN .

    Cavab yaz
  • Anonim
    VÜQAR · 17 Mart 13:0730

    Kişi üçün çətindir, ailəsinin qarşısında maddi cəhətdən başı aşağı olsun.Buna bir çarə edilməlidir, yoxsa bu intihaların qarşısını almaq olmayacaq.İnsan nə qədər borc içində yaşaya bilərki.

    Cavab yaz
  • Anonim
    Leyla · 17 Mart 13:1420

    Intihar acizlik demekdir, biri ozunu asir seheri gun o birisi ozunu asir

    Cavab yaz
  • Anonim
    Anar · 17 Mart 13:4410

    Özunu asmaqla canın qurtardığını düşünüb. Amma ailəsini dahada çətin vəziyyətdə saxlamaq çıxış yolu deyil. Zəyifliydi. Allah özu köməy olsun ailəsinə.

    Cavab yaz
    • Anonim
      Sebr · 17 Mart 14:1220

      Bu gecə yatanda dedim səhər Milli.az da İnşaAllah bir daha intihar xəbəri olmaz İnşaAllah..Amma Təəssüf......Həqiqətən də qlobal problemə çevirilib ölkəmizdə...Nəsə etsələr yaxşı olar... Allahım Heç bir atanı övladı qarşısında utandırmasın...Uşaq düşmən qapısına aparar..Amma bu atanın imkansılığı,ailəsindən utanmağı vaxtsız ölümə apardı...Yazıq...Allah rəhmət eləsin.....

      Cavab yaz
  • Anonim
    Ülvi · 17 Mart 14:2416

    Yaxşı Edib guya biz yaşayarıq neyleyirik

    Cavab yaz
  • Anonim
    Ss · 17 Mart 16:3200

    Intihar axmaqlıqdır. Intihar məsuliyyətsizlikdir. Iki körpəni yetim,ac,çətin vəziyyətdə qoymaqla yanaşı həmdə o günahsız balaların psixasını pozdun. Allah xanıma güc versin o uşaqları böyütsün. Allah bu uşaqların ruzusunu yetirsin inşallah.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.