Ölkə

KİVDF qalibləri mükafatlandırdı - FOTO

16 Mart 2017 18:49
Baxış: 357

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin I yer üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərasimdə çıxış edən KİVDF rəhbəri Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi qurum 8 ildir fəaliyyət göstərir. Bu müddətdə bir çox layihələr həyata keçirilib.Novruz Bayramı münasibətilə keçirilən bu müsabiqəyə isə 158 yazı daxil olub. Onlardan 90 yazı qalib olub. 15 yazı birinci yerə layiq görülüb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, bu gün Azərbaycan jurnalistikasının missiyası daha əhəmiyyətlidir: "Çünki Azərbaycan jurnalistikası bu gün daha güclüdür, onun fəaliyyəti daha genişdir. Bunun bir çox səbəbləri var. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda söz və mətbuat azdalığının təmin olunması, kütləvi informasiya vasitələrinin müsəqilliyinin təmin edilməsi, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gun Azərbaycan mediası heç bir tarixi mərhələdə olmadığı qədər dövlətin dəstəyini, diqqətini və qayğısını hiss edir. Bu gün Azərbaycanda yüzlərlə qəzet və jurnal, internet informasiya resursu, onlarla elektron kütləvi informasiya vasitəsi, televiziya, jurnalist təşkilatları fəaliyyət göstərir. Bu gün Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin layiqli üzvünə çevrilərək Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatırılmasında mühüm rol oynayır. Azərbaycan mediası Azərbaycan dövlətinin təəssübünü çəkir, maraqlarını müdafiə edir".

Tədbirin sonunda Novruz Bayramının adət-ənənəsinə uyğun olaraq iclas iştirakçıları arasında yumurta döyüşü keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.