Ölkə

Xırdalanda ölən tələbənin atası qızının ölümündən xəbərsizdir

16 Mart 2017 17:03
9 Şərh     Baxış: 9 223

"Turanə bir aya yaxın idi ki dərsə gəlmirdi."

Milli.Az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Rüxsarə Əliyeva bildirib. Onun sözlərinə görə, Turanə Xanlayeva kollecdəki təhsilini yarımçıq qoyub, məktəbdən çıxmaq istəyirmiş:

"Anası xəstə idi. Evdə qalıb ona baxırdı. Martın 13-də Turanə bacısı, xalası və xalası qızı ilə müayinədən keçmək üçün Bakıya gəliblər. Turanə özü də xəstə idi. Faciə isə dünən baş verib. Onlar həmin otaqda əvvəl 3 nəfər qalıblar. Sonra qızlardan biri onlardan ayrılıb."

Rüxsarə Əliyeva faciənin hansı səbəbdən baş verdiyindən məlumatsız olduğunu qeyd edib: "Hərə bir söz deyir. Kimi deyir dəm qazından boğulub, kimi də qida zəhərlənməsini səbəb gətirir. Amma hüquq-mühafizə orqanları bunu yəqin ki, araşdıracaq."

Rüxsarə Əliyeva Turanənin atasız olduğunu vurğulayıb: "Mələyin isə atası başqa ölkədə işlədiyi üçün Azərbaycandan kənardadır. İndi ona məlumat vermişik. Bakıya gəlir, amma qızının ölümündən xəbərsizdir. Bu ağır faciəni ona deyə bilmədik. Çox istedadlı qız idi, Mələk. Əlaçı idi, bütün ictimai işlərdə məktəb daxilində və xaricində aktiv bir tələbə idi."

Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında dəhşətli faciə baş verb. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin həmin ünvanda kirayədə qalan iki tələbəsi və tələbələrdən birinin bacısı, xalası, xalası qız zəhərlənərək ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Sebr · 16 Mart 17:0541

    Yazıq ata..:((....Yazıq gənc qız...

    Cavab yaz
    • Anonim
      sebirsiz · 16 Mart 19:3900

      Bes ana?bes nene baba?

      Cavab yaz
      • Anonim
        Sebr · 16 Mart 21:3900

        Məqalənin mətninə görə yazmışam....

        Cavab yaz
  • Anonim
    ika.e · 16 Mart 17:2751

    Allah rehmet elesin!!

    Cavab yaz
  • Anonim
    Ilham · 16 Mart 18:0120

    Hey ata hey.Qarsilasacagin xeber cox agirdi.Allah valideyinleri,bele imtehannan uzaq elesin.Amin.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 Mart 18:0210

    Bedbext ata , beli qirildi.Allah sebr versin, Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    ibrahim · 16 Mart 18:2010

    allah gunahlarin bagiwlasin

    Cavab yaz
  • Anonim
    Sun · 16 Mart 19:3900

    Allah rəhmət etsin

    Cavab yaz
  • Anonim
    Ahu · 16 Mart 21:3500

    Allah Rehmet elesin cox ağır faciyedi deylenlere göre xırdalanda o bina cox pis binadı orda defelerle ağır hadise olurmuş ele bil binada xarabalıq var geleni mehv edir yaxınların Allah sebr versin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.